Şirin Xanım Kərimbəyli Şadiman: - HAQQLI OLMAQ İSTƏYİRSƏN, GÜCLÜ OL

Şirin Xanım Kərimbəyli Şadiman: HAQQLI OLMAQ İSTƏYİRSƏN, GÜCLÜ OL

HAQQLI OLMAQ İSTƏYİRSƏN,
GÜCLÜ OL


Haqlı olmaq istəyirsən, güclü ol,
Budur, yalnız haqqa gedən yol!
Bu yoldan keçir ürəklər də,
Coşub-daşan diləklər də.
Bu yola təslim ağıllar da,
Uşaq ikən oxuduğum qorxulu nağıllar da.
Gücə könül verənlər çoxdan
dəf ediblər keçilməzləri,
Dünya saymır seçilməzləri.
Gücünü bilsələr sənə aşiq olarlar,
Duysalar gücsüzsən saçını yolarlar.
Evinə qırğın salarlar,
Əzrayıl qisimdə canını alarlar.
Haqqını sübut eləmək üçün,
Çox fikir eləmək neçin?
Əvvəl silahlan,
Çünki bununla alınır qan!
Canını düşün,
Sənə fəlakət gətirəcək anını düşün.
Güclü olsan sənə dəyməzlər,
Bəxt yolunu əyməzlər.
Allah, Allah deməklə
ağlın çətinliyi aşmaz,
Allah Yaradandır,
o, bəndələrin işinə qarışmaz.
Dünya qan və məkir içindədir,
İndi Rəbb özü də fikir içindədir.
Yəqin ki, öz yaratdıqlarına peşimandır,
Bu da çoxdan verilmiş fərmandır.
Yaşamaq istəyirsənsə
qansız və davasız,
güclü ol,
Silahın varidatından çox olsun,
Sənə gələn təpkilər yox olsun.
Bax elə götür yəhudiləri, bir vaxt
Hitler onları sobaya atırdı,
çünki gücü var idi,
aləmi bir-birinə qatırdı.
Bu güc zehninə yar idi.


***


İndi onlar Fələstini oda-alova atır,
Şeytanın belində yatır.
Çünki silahlanıblar öz güclərini
dünyaya göstərmək üçün,
Yandırırlar fələstinlilərin ciyərinin için.
Ərəb qardaşlarım,
kef dünyası çoxdan keçib,
Cahan qan şərbətini içib.
Neftdən banglara yığdığınız
pullar dadınıza çatmaz,
Nədən sizi bu tökülən qanlar
qəflət yuxusundan oyatmaz?
Heç olmasa Səddam Hüseyini
yadınıza salın,
Onun başına gələnlərdən ibrət alın.
İndi gücü olmayan sayılmaz,
Nədən İslam dünyası
qəflət yuxusundan ayılmaz?


***


Ey hakimiyyətdə oturan islam övladı,
Gör başın üstündə gəzən fəryadı.
Ağlını başına yığ,
Tamahını sığ,
Öz xalqına etdiyin mənəm-
mənəmlikdən qaç,
Millətinlə birlik süfrəsi aç!
Bəsdir başına döydülər,
Eninə, uzununa söydülər.
Hərdən bir mən,
vallah müsəlman olmaqdan utanıram,
Özüm özümə od tutub yanıram.
Fələstin, Livan, Əfqanıstan, İraq,
Kosova, Uyğurlar, Qarabağ
Sinəmizdə çalınçarpaz dağ!
Görəsən bizim başda oturan
kişilərimiz hara baxır?
Qadın, uşaq, qoca qanı sel kimi axır!
Əlimizi tərpədən kimi terrorçu deyirlər bizə,
Haqqa gedən yolu əyirlər bizə.
Alıblar ağıllılar min illər fayda.
Belədir dünyada qayda,
Silah olsun atın, eşşəyin, dəvən,
Oğlun, uşağın, nəvən,
Çoxdan silahlanıb canını, namusunu,
lap elə varını sevən,
Öz gücünə güvən.
Gücü olmayan dövlət,
Dünya tərəfdən qazanar lənət!


***


Budur, qansız, qadasız
yaşamaq üçün haqqına gedən yol,
Haqlı olmaq istəyirsən güclü ol!
Güclü ol!

 


11.01.2009
Şirin Xanım Kərimbəyli Şadiman

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !