Lənkəran Mərkəzi Kitabxana Sistemində Daima zirvədə ol, dalğalan, ey Azərbaycan Bayrağım! adı altında dəyirmi masa keçirildi -

Lənkəran Mərkəzi Kitabxana Sistemində “Daima zirvədə ol, dalğalan, ey Azərbaycan Bayrağım!” adı altında dəyirmi masa keçirildi

Lənkəran Mərkəzi Kitabxana Sisteminin “Oxu zalı”nda “Daima zirvədə ol, dalğalan, ey Azərbaycan Bayrağım!” adı altında dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə MKS-in direktoru N. Nəsirova “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa Vətəndir!” misraları ilə açdı. Son günlərdə işğal olunmuş ərazilərdə erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasını darmadağın etməsini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal olunmuş torpaqların azad olunmasının Azərbaycan xalqının tarixi olduğu və qüdrətli Azərbaycan Ordusunun bu şərəfli vəzifəni yerinə yetirdiyini bəyan etməsini qeyd etdi. Qəhrəmancasına şəhid olan Milli Ordumuzun əsgərlərinin ruhuna Allahdan rəhmət, analarına səbr dilədi. Sonra bir dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsi yad edildi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !