Qubada Şahin hərbi–idman oyununun rayon birinciliyinin qalibləri müəyyənləşib - FOTO

Qubada “Şahin” hərbi–idman oyununun rayon birinciliyinin qalibləri müəyyənləşib FOTO

Qubada məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, ordu sıralarında hərbi xidmətə hazırlığın yüksəldilməsi məqsədilə rayon məktəbliləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Quba Peşə Liseyində yuxarı sinif şagirdləri arasında keçirilən yarışda rayonun 55 məktəbinin komandası birincilik uğrunda mübarizə aparıb.

Quba rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birinciliyin iştirakçıları sıra hazırlığı, fiziki hazırlıq, əleyhqazdan istifadə, patronun darağa doldurulması və boşaldılması, tüfəngdən hədəfə atəşaçma, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və digər mərhələlərdə qüvvələrini sınayıblar.

Hakimlərin yekun qərarına əsasən, I yeri Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey, II yeri Qaraçay kənd tam orta məktəbi, III yeri isə Püstəqasım kənd orta məktəblərinin komandaları tutub.

Qalib komanda Hacıqabul şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Yarışın qalibləri rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !