Sona Vəliyeva: - Üstünə

Sona Vəliyeva: Üstünə

Üstünə
-Yanvardan başlayaraq hər ayda bir qanlı təqvim görüncə, bu millətin taleyinə bir daha ağladım...-


Torpağın ağrısı canımda hər gün,
Bir parça Şuşayam közərir külüm.
El köçüb, yas qurub Xarı bülbülüm,
Gedən yurd yerinə qalan üstünə.


/Sona Vəliyeva/


Hər ayda bir qanlı təqvim,
Hönkürdüm hər an üstünə.
Ölüb dərdimi göndərəm,
Mənə yananın üstünə.


Yoxa vardı, varda yoxdu,
Həsrət dərd-qəmlə ovundu.
Ömür bir rəngli yuxudu,
Doğru yalanın üstünə.


Ay oğuzlar, ay ərənlər,
Səbri dözümlə yeyənlər.
Ay torpağın itirənlər,
Gedək tapanın üstünə.


Qara sevda, qara dərddir,
Torpaq sevgim, yurd həsrətim,
Ölənin bəxti gətirdi,
Ağlayaq qalan üstünə.


Əldən yurdu gedən adam,
Səbr edib ölməyən adam.
Bu taleyə asi ollam,
Gedib yaradan üstünə. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !