Ağdaban faciəsi bir millətin, bir xalqın yox yox bəşəriyyətin faciəsidir! - FOTO (AZpressAZ- Rüstəm İsmayılov, Minə Türksoy )

Ağdaban faciəsi bir millətin, bir xalqın yox yox bəşəriyyətin faciəsidir! FOTO (AZpressAZ- Rüstəm İsmayılov, Minə Türksoy )

Başımızı qaldırmağa üzümüzmü qaldı? Dünyamızı ağlamağa gözümüzdə yaşımızmı qaldı? İgid –igid oğullarımız, atalarımız, babalarımızbaşına min cür müsibətlər gətirilən qız-gəlinlərimiz, çarmıxa keçirilən nənələrimiz al qana boyanan körpələrimiz . Kim verəcək bu qanların hesabını? Kim daşıyacaq bu günahın ağırlığını. Dünyaya qondarma soyqrım deyə bağıran düşmənin hiyləsinin qarşısında acizmi qalmışıq? Xeyr. Əsla . Bizdə öz ağrı acımızı , bizdə öz həqiqi soyqrımızı dünyaya hayqırmalıyıq. Axı bir deyil , iki deyil. Tarix boyu faciələr yaşaya- yaşaya gəldik bu günlərə. Hansı xalqın tarixində bu qədər faciə bu qədər soyqrım hesaba alındı?
Təqvimi izlədikcə elə bir ay yoxdur ki, biz o ayda bir faciə yaşamayaq. Dünya ictimaiyyəti necə qəbul edə bilir bu haqsızlığı , necə dəstək olur qaniçən, xain , insanlıqda anlayışı olmayan , ömür boyu özünün olmayan hər şeyə göz dikən manqurtlara? Vaxt ötür , zaman keçir. Biz Qarabağ dərdli ağrımızla yaşayırıq , balalrımızı böyüdürük. Axı o barlı bağları balalarımıza nece başa salaq ,axı necə deyək Qarabağ bizim olub onu düşmənə vermişik..? Necə baxaq körpə gözlərində hələ müharibə anlayışı olmayan kiçik qəlblərə. Suallar, suallar.....
Xocalının ağrı-acısı səngiməmiş qəlbimizdə , başımıza gətirilən ikinci faciə, soyqrım, nə deyim nə ad verim bu vəhşiliyə bilmirəm. Soyqrımdanda ağır bir söz , bir kəlmə olmalıydı məncə bu törədilən vəhşiliyə ad vermək üçün.
Ağdaban. 1992 ci il Aprel ayının 8-i baş verən faciə bir bəşəriyyətə qarşı törədilən faciədir, ən ağır cinayətdir. Azərbaycanın gözəl guşələrində biri Qarabağın qala qapısı olan Kəlbəcəri ələ keçirtməklə ermənilərin “böyük Ermənistan” xülyalaları sanki gerçəkləşdi. O gecə Ağdaban kəndinin yandırılması dinc əhalinin vəhşıcəsinə öldürülməsi ən ağır cinayətdir. Bir gecədə bir kəndin tarixdən silinməsi, 130 evin yandırılması, 779 nəfər əhalinin yer üzündən silinməsi hansı cinayət məcəlləsinin , hansı bəndinə sığa bilər. Dədə Şəmşirin ailəsindən 18 nəfərin bütün gecədə qanlarına qəltan olunmasının cavabını hansı cinayətkar verəcək? Tariximizi yox etmək üçün Abidələrimizi , əl yazmalarımız yandıraraq hansı məqsədlərə çatacaqlarını düşünürdülər? Axı heç bir xalq bizim qədər onlara kömək etməmişdi, heç bir xalq onlara çorək verməmişdi. Yeqin çörəyimiz onların boğazlarında kəçə bilməyib. Paxıllıqları kin küdurətləri güç gəlib xain qəlblərinə. İllərlə gizlətdikləri xəbisliyi mənfurluğu bir gecədə açdılar Ağdban əhalisinin başına. O gecə unudulmayacaq. İllər keçsədə, əsrlər ötsədə xalqımız o torpaqları geri qaytaracaq.
Azpress.Az xəbər informasiya saytının verdiyi xəbərə istinadən bildiririk ki, Aşıq Şəmşir Mədəniyyət ocağının və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinin birgə təşkil etdiyi “ Ağdaban Soyqrımı- 24 “ adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Himni ilə Açıq elan olunduqdan sonra ilk çıxış üçün söz BDU-nun rektoru Akademik Abel Məhərrəmova verilmişdir. Rektor çıxışı zamanı mənfur düşmənin illərlə başımıza gətirilən faciələrdən danışmış və şəhidlərin qanlarının yerdə qalmayacağıni bəyan edərək həm Ağdaban əhalisinin , həmdə aprelin 4-dən 5-nə keçən gecə vətən uğrunda canlarından keçmiş , qəhrəmancasına həlak olmuş hərbiçilərimizin ruhuna bir dəqiqəlik sükutla yad edilməsini bildirmişdir. Tədbirə gələnlər arasında Ağdaban sakini Aşıq Şəmşirin övladı Qəmbər Qurbanova söz verildi. Q.Qurbanov öz xatirələrində Ağdabanın necə səfalı bir torpaq olmasından orada mənfur düşmənin törətdiklərindən danışdı. Ata babasının əl yazmalarının çox hissəsinin yandırılmasına baxmayaraq bir hissəsini də olsa xilas edə biliblər. Bundan başqa tədbirdə bir çox mötəbər insanlar millət vəkilləri də iştirak etmişlər..Tədbirə qonaq qismində gələn Ağsaqqallar şurasının sədri millət vəkili Fəttah Heydərovda öz çıxışında vətəndə baş verən hadisələr, Hal hazırda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizdən danışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində bütün torpaqlarımızın geri qaytarılacağını , yenə Şüşanin , Kəlbəcərin, Ağdamın bir sözlə bütün torpaqların geri qaytarılacağına inandığını söyləmişdir. Tariximizi yada salmaq üçün göstərilən qısa metrajlı kadrlardan ibarət olan filmin ideya müəllifi Aşıq Şəmşır ocağının nəticəsi Şəmşir Şəmşirli də tədbirdə iştirak edirdi.
Çıxış üçün səhnəyə çıxan Əməkdar Artist bədii qiraətçi Ağlar Bayramovun çıxışı söylədiyi şeir də tədbirdə iştirak edən tamaşaçılar tərəfindən yüksək alqışlarla qarşılandı.
Sonda Bdu-un tələbələrinin hazırladığı ədəbi- bədii səhnəcik təqdim olundu.

 


Azpress.Az , Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !