Mingəçevir və Sabirabadda dini radikalizmlə mübarizə məsələləri müzakirə edilib - FOTO

Mingəçevir və Sabirabadda dini radikalizmlə mübarizə məsələləri müzakirə edilib FOTO

Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Mingəçevir şəhəri Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində Mingəçevir şəhərində “Dini radikalizmlə mübarizədə milli və dini dəyərlərimizin rolu” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Abbasov, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, dini icmanın sədri Yusif Yusifov, Mingəçevir şəhər Bələdiyyəsinin nümayəndələri, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Abbasov layihə çərçivəsində həyata keçirilmiş və keçiriləcək maarifləndirmə tədbirləri, həmçinin, DQİDK-nın dini duruma nəzarət edilməsi sahəsində göstərdiyi fəlaliyyətin istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev dövlət-din münasibətləri barədə çıxış edərək, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Bundan başqa “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşviq Nəcəfov mövzu ilə bağlı ətraflı çıxış edərək, dini-maarifləndirmə, həmçinin, milli və dini dəyərlərimizi qorumaqla dini radikalizmlə mübarizə aparmağın üsulları barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb.
Çıxış edən digər natiqlər dini radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmədə milli və dini dəyərlərimizin rolundan bəhs ediblər.


***


Aprelin 8-də Dövlət Komitəsinin dəstəyi ilə Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasında “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasının sədri Məhəmməd Əliyev, QMİ-nin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayon Qalağayın kənd məscidi dini icmasının sədri Ələşrəf İmanov, Sabirabad rayon Qarabağ Veteranlar cəmiyyətinin sədri Faiq İsrafılov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsi üçün dualar oxunub,xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan mərkəzi “Heydər məscidi” dini icmasının sədri Məhəmməd Əliyev çıxış edərək dini radikalizm və onun törətdiyi fəsadlardan, dini radikalizmə qarşı mübarizə üsullarından bəhs edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dindarların radikal meyillərdən qorunması, gəncliyimizin milli-mənəvi və dini dəyərlər işığında tərbiyə olunması istiqamətində aparılan bu tədbirlərin əhəmiyyətindən bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !