Görülməyən dünya filminin təqdimatı olub -

“Görülməyən dünya” filminin təqdimatı olub

Bakı Slavyan Universitetinin (BSU) Tələbə Xeyriyyə Fondunun (TXF) və “Azərbaycan Könüllülər” İctimai Birliyinin birgə hazırladığı “Görülməyən dünya” filminin təqdimatı olub. Filmin təqdimat mərasimində çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev Azərbaycan xalqının tarixən xeyirxah əməlləri ilə seçildiyini diqqətə çatdırıb. Bu gün ölkəmizdə fiziki imkanı məhdud şəxslərin Azərbaycan dövlətinin diqqət və qayğısı ilə tam əhatə olunduqlarını vurğulayan A.Hacıyev əlil insanların cəmiyyətin həyatında fəal iştirakının təmin edilməsi istiqamətində müxtəlif tədbirlərin görüldüyünü, mühüm layihələrin həyata keçirildiyini bildirib. Qeyd edib ki, ölkəmizdə bu təbəqədən olan insanların sosial müdafiəsi, xüsusən istedadlımgənclərin müəyyənləşdirilərək üzə çıxarılması, onların yüksək təhsil alması və s. məsələlər diqqət mərkəzində saxlanılır. Sonra “Görülməyən dünya” filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) korporativ direktoru, Atletlər Kəndinin meri Elçin Səfərov və tanınmış teleaparıcı Hacı Nuran Hüseynov Azərbaycanda fiziki imkanı məhdud şəxslərə göstərilən diqqət və qayğıdan danışıb, bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Mərasimdə son günlər təmas xəttində Ermənistan hərbi birləşmələrinin törətdikləri təxribatlara da toxunulub. Bildirilib ki, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirərək strateji əhəmiyyətli mühüm məntəqələri azad etməsi üçrəngli bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda da dalğalanacağı günün uzaqda olmadığını göstərir.

Sonda Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında bədii kompozisiya nümayiş etdirilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !