Yevlaxlı gənclər işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırdır - FOTO

Yevlaxlı gənclər işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırdır FOTO

Yevlaxlı gənclər orduya dəstək məqsədilə yürüş-mitinq təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, minlərlə yevlaxlı gənc “Qarabağ bizimdir, bizim olacaq”, “Siz rahat uyuyun, əziz şəhidlər, intiqam alacaq yevlaxlı gənclər” şüarları ilə şəhərin mərkəzi meydanınadək yürüş ediblər.

Şəhərin mərkəzi meydanında Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən, son günlər cəbhə bölgəsində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun sarsıdıcı cavab verməsindən danışıb, gənclərə Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Çağırışçılar hərbi xidmətə yollandıqları üçün fəxr etdiklərini deyərək, Vətənə layiqincə xidmət edəcəklərini, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olacaqlarını bildirib, Azərbaycan bayrağını öpərək and içiblər.

Sonra şəhər mədəniyyət və turizm idarəsinin çağırışçılar üçün hazırladığı tamaşa nümayiş etdirilib.

Çağırışçı gənclər ruh yüksəkliyi ilə həqiqi hərbi xidmətə yola düşüblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !