Şəhidlər ölməz , Vətən bölünməz şüarları Şəhidlər Xiyabanında bir daha səsləndi. - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy) YENİLƏNDİ

“Şəhidlər ölməz , Vətən bölünməz” şüarları Şəhidlər Xiyabanında bir daha səsləndi. FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy) YENİLƏNDİ

AZpress.AZ xəbər saytının verdiyi xəbərə istinadən bildiririk ki, bu gün Şəhidlər Xiyabanında gənclərimiz aksiya keçirmişlər. Aksiyanın məqsədi 4apreldən 5-nə keçen gecə baş vermiş qanlı təxribatda qəhrəmancasına həlak olmuş hərbçilərimizi anmaq idi. Facebook şəbəkəsində Şəhidlər Xiyabanında görüş təyin edən tələbələr bir- bir şəhidləri andılar.Onlar “ Qarabağ bizimdir, bizim olacaq”, “ Şəhidlər ölməz , Vətən bölünməz”,” Biz gənclər də Vətən üçün ölməyə hazırıq “şüarları ilə Şəhidlər Xiyabanına daxil oldular.
Bir insan ancaq Vətəni uğrunda hər şeyindən keçə bilər.Azərbaycan xalqı illərdən bəri namusla yaşamış, hər kəsə qarşı necə haqq ədalətlə yanaşdığını göstərmişdir.
AZpress.AZ saytının xəbərinə əsasən bildirirk ki, gənclər istər 20 Yanvar şəhidlərini istərsə də torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizi bir dəqiqəlik sükütla yad etdilər. Sonra onlar məşələ qədər Azərbaycanın Dövlət himnini səsləndirdilər. Məşəldən Qarabağ şəhidlərinin dəfn olunduğu hissəsində isə Azərbaycan Əsgəri Marşını ifa edərək şəhidləri yad etdilər.
Bununla da Azərbaycan gəncliyinin necə mərd , qorxmaz olduğunu sübüt etdilər. Bəli, bu gün biz şəhid verdik. Amma dəydi buna . Torpaqlarımızın bir hissəsini də olsa işğaldan azad edə bildik.
Biz Cənab Prezident Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Naziri General Polkovnik Zakir Həsənova, bizdən ötrü canını düşmənə sipər edən əsgərlərimizə , zabitlərimizə, ümumilikdə böyük Azərbaycan ailəsinə dərin minnətdarlığımız bildiririk.Şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Şəhidlər Ölməz, Vətən Bölünməz. Bəli Azərbaycan bölünməyəcək .Əksinə biz İrəvana qədər bərpa edəcəyik torpaqlarımızı. Çünki Azərbaycanın güclü ordusu var!

 


AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !