Sona Vəliyeva: - Belə oxuma sən Allah

Sona Vəliyeva: Belə oxuma sən Allah

Belə oxuma sən Allah
-Bu dağın o üzündə, ceyran otlar düzündə-
\Azərbaycan xalq mahnısından\


Bir daş altda, bir daş üstə,
O dağın dərdin oyatma.
Yurd yerinin köz üstündə,
Qalanan külün dağıtma.


Zülüm əkildi dağlara,
Meyvəsi qubar gətirdi.
Qaysaqsız torpaq yarasın,
Səsin göynətdi-göynətdi.


Belə oxuma, sən Allah,
Dağ çəkmə közərən dağa.
Əl-ələ tut gedək, qardaş,
Dağa sadağa olmağa.


Gül çiçəyi ovxalanıb,
Bənövşələr bizdən küsüb.
Qırx incə bel güllə dağlar,
Ayrılığa əsir düşüb.


Vəfalı kim, dönük kimdi,
Ölən bizdik, qalan kimdi,
İçimdəki qəm yüküydü,
Səsin yetirdi dağlara.


Dağ çəkilib ,o dağlara,
Gül-çiçəyi yaralıdır.
Ürəyim titrədikcə billəm,
O dağlara qar yağıbdı.


Belə oxuma, sən ALLAH,
Dağ çəkmə közərən dağa.
Əl-ələ tut gedək qardaş,
Dağa sadağa olmağa. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !