Şirin Xanım Kərimbəyli Şadiman: - ƏSGƏRİM

Şirin Xanım Kərimbəyli Şadiman: ƏSGƏRİM

ƏSGƏRİM

 

Dur ayağa titrət yeri, Əsgərim,
Vətənimin qorxmaz əri, Əsgərim!

 

Yurdlarımız çox talandı, yıxıldı,
Üstümüzə qara ləkə yaxıldı,
Üzümüzə təslimçitək baxıldı,
Düşmən üstə dimdik yeri, Əsgərim.
Vətənimin qorxmaz əri, Əsgərim!

 

Nərən düşsün əsir düşmüş ellərə,
İgidliklə dastan yarat dillərə,
Düşmən qanı dönsün axan sellərə,
Yağı görsün qızmış nəri, Əsgərim,
Vətənimin qorxmaz əri, Əsgərim!

 

Azərbaycan adlı bütöv yurd yarat,
Azğınlara ömürbillah dərd yarat,
Şahə qalxsın altındakı göy Qırat,
Görsün dünya qoy hünəri, Əsgərim,
Vətənimin qorxmaz əri, Əsgərim!

 

Əsir düşmüş-qız gəlinin imdadı,
İçimizdə qövr eləyir fəryadı,
Qaldır ərşə o qəhrəman mərd adı,
Qoy gəlməsin yağı bəri, Əsgərim,
Vətənimin qorxmaz əri, Əsgərim!

 

Atilladan qopub gələn ruhun var,
Döyüşlərdə nərə çəkən ahın var,
Saf qanında sərkərdəlik şahın var!
Tök bü yolda alın təri, Əsgərim,
Vətənimin qorxmaz əri, Əsgərim!

 

Biz hamımız ölümmüzü anlarıq,
Müvəqqəti gəlib gedən canlarıq,
Məğlub qalsaq özümüzə qanlarıq…
Vur düşməni, qopsun dəri, Əsgərim,
Vətənimin qorxmaz əri, Əsgərim!

 

Sən Vətənin boybuxunlu oğlusan,
Qeyrətinlə bu torpağa bağlısan,
Şəhid olsan el dilində nağılsan!
Yol gözləyir gözəl pəri, Əsgərim…
Vətənimin qorxmaz əri, Əsgərim!

 

Şadimanın canı qurban Vətənə,
Qoyma yurdlar əsir olsun yetənə,
Bizə gəlir hər ağızdan min tənə,
Tənələrin qopsun zəri, Əsgərim,
Vətənimin qorxmaz əri, Əsgərim!

 

Dur ayağa titrət yeri, Əsgərim,
Vətənimin qorxmaz əri, Əsgərim!

 


04.04.2016
Şirin Xanım Kərimbəyli Şadiman
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !