Qədimliyini, ecazkar səsini möhtəşəmliyi qədər qoruyub saxlayan – Qanun - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Qədimliyini, ecazkar səsini möhtəşəmliyi qədər qoruyub saxlayan – “Qanun” FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Yatıq sazlar ailəsinə mənsub olub, dartımlı-simli musiqi alətidir. Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmışdır.
Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində qanun haqqında məlumat verilmişdir. XII əsrdə yaşayıb-yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olmuşdur. Əsasən, qadınlar tərəfindən ifa edilir.
Qanun miniatür sənət əsərlərində də öz əksini tapmışdır. Uzun tarixi inkişaf yolu keçən bu alət zaman-zaman formalaşaraq dövrümüzə kimi gəlib çatmışdır. Üzeyir Hacıbəyov qanunun keçmişdə də təkmil alət kimi istifadə edildiyini qeyd etmişdir.
Qanunun tərəfləri müxtəlif bucaqlı taxta qutudan ibarətdir. Alt və yan hissələr ağcaqayın, qoz və digər bərk ağac materiallarından hazırlanır.
Alətin üst hissəsinin 3/4-ü 4 mm qalınlığında şam ağacından olan taxta üzlüklə, qalan hissəsi isə balıq dərisi ilə örtülür. Ağacla örtülən hissədə üç rezonator oyuğu olur. Dəri ilə örtülmüş hissədə isə alətin eni boyu bütöv bir taxta xərək yerləşir. Simlər alətin gövdəsindəki xüsusi oyuqlara bərkidilərək bu xərəyin üzərindən keçib aşıqlara bağlanır. Aşıqlar olan hissədə simlərin altında dəmir linglər yerləşir. Bu linglərlə simlər qaldırılıb-endirilərkən ton və yarımtonlar əldə edilir. Qanuna üçləşdirilmiş 24 sıra (ümumi sayı 72) sim bağlanılır. İlk dövrlərdə simlər bağırsaqdan və ya ipək sapdan xüsusi üsulla hazırlanırmış. Hazırda kapron simlərdən istifadə edilir. Diz üstünə qoyulan qanun hər iki əlin adsız barmaqlarına taxılmış dəmir üsküklərin arasında yerləşdirilən ebonit mizrablarla səsləndirilir. Alət içərisi dördkünc dəmir açar vasitəsi ilə köklənir. Qanunun ümumi uzunluğu 800-900 mm, eni 380-400 mm, qalınlığı 40-50 mm-dir. Diapazonu böyük oktavanın «sol» səsindən ikinci oktavanın «si bemol» səsinə kimi üç oktava yarımdır. Diatonik səs düzümünə malikdir. Qanundan xalq çalğı alətləri orkestrinin və ansambllarının tərkibində müşayiətçi və solo alət kimi istifadə olunur.
Dövrümüzə qədər gəlib öz möhtəşəmliyini qoruyan qanuna bu gün də maraq olduqca genişdir. O, nəinki, xanımlar arasında hətda bir çox ölkələrdə bəylərində ifa edəcəyi bir musiqi alətinə çevrilmişdir.
Azpress.Az saytının verdiyi xəbərə istinadən bildiririk ki, Azərbaycan Dövlət Filarmoniyasında baş tutan Qanun gecəsi öz tamaşaçılarına olduqca yüksək səviyyəli bir istirahət təqdim etdi. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayəti ilə drijor Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə möhtəşəm bir qanun gecəsi reallaşdı.
Gecədə “İnci” qrupunun solistləri Azərbaycan Respublikasının əməkdar artisti Təranə Əliyeva, Beynəlxalq müsabiqələr laureatları Günel Şahin, Aygül Həsənova, Sədaqət Həsənova, Samirə Əliyeva, Nigar Məmmədova, Nuray Babayeva, Zinyət Rəhimli, Həmidə Kərimova, Gülgün Əbilova, Qəmərtac Maqsudova, Zərifə İlyasova Sumayə Qurbanlı öz ecazkar ifaları ilə hər kəsin marağına səbəb olmuşdular.
İstər Azərbaycan bəstəkarlarının , istərsə də Qərbi-Avropa bəstəkarlarının əsərləri yüksək səviyyədə ifa olunurdu. Bir birini əvəz edən qanun ifaçılarının hər birinin özünə məxsus ifa tərzi onların peşəkarlığından xəbər verirdi.
Gecə bir çox mötəbər qonaqların iştirakı ilə reallaşdı. Sonda qanun ifaçılarının birləkdə ifa etdikləri möhtəşəm ifa konsertin finalına sanki öz möhürünü vurdu.
AZpress.AZ , Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !