Novruz əhval-ruhiyyəli, çiçək ətirli günlər - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Novruz əhval-ruhiyyəli, çiçək ətirli günlər FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

"Novruz" fars sözü olub, "yeni gün" deməkdir. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin və xalqlarının İslama zidd olan adət-ənənələrə, bayramlara müsəlmanlığı qəbul edənlər tərəfindən riayət edilməsinin əleyhinə olmuşdur. Müxtəlif təriqətlərin, xüsusən də şiə təriqətinin nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa, ona "islami don" geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi mövhumatçılar belə bir fərziyyə uydurmuşdular ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki Əli ibn əbu-Talib iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər İslam dininə aid heç bir ehkamla bağlı deyildir, əksinə İslamda qadağan olunan bir sıra ayinləri - odu müqəddəs saymağı, səməni qoymaqla bolluq olacağına etiqad etməyi, qulaq falı, su falı kimi adətləri, qapı pusmağı və s. ehtiva edir. Novruz bayramanının əsaslarının Zərdüştilik və ya Atəşpərəstliklə bağlı olduğu bu bayramda indiyədək qalmış aiynlərdə, xüsusən də odun müqəddəs sayıldığı əhkamlarda açıq-aydın görünür.
Bildiyimiz kimi Azərbaycan da odlar yurdu olduğu üçün bu adət-ənənələr uzun illərdir ki, vətənimizdə mövcuddur. Xalqımız hər il Novruz bayramını qeyd edir. Novruz bayramının əlamətləri olan çərşənbələrini də qeyd edək ki, hər biri bir ünsürü təmsil edir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.
Bildiyimiz kimi Novruzda bir çox adətlər var ki , buda şənliyə daha da maraq qatır.Bunlardan Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilməsə,təəssüf ki,arzu yerinə yetirilməyəcək.
Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".
Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.Səməni xonçaları bəzəmək.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Novruz oyunları oynamaq. Məsələn, ənzəli.və sairə.
Azpress.Az saytının verdiyi xəbərə əsasən bildiririk ki, xalqımız bu il də Novruz şənliyinə möhtəşəm bir tədbirlərlə start verdi. Milli geyimli gözəl xanımların və bəylərin çıxışı, kosa və keçəlin baməzə çıxışları, dəvələrin milli ornamentli xalçalarla bəzədilməsi, faytonlar şəhər əhlinin marağına səbəb oldu. Şəhərdə təşkil olunmuş yarmarkalar, qədimliyimizi əks etdirən adət ənənələr milliliyimizin qədimliyimizin irsimizin ən bariz nümunəsidir.
Azpress.Az saytının verdiyi xəbərə istinadən bildiririk ki, 19 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı UNESCO və ISESCO-nun xoşməramlı səfiri ,Azərbaycanın birinci xanımı Mehriban Əliyava Qız qalasının qarşısındakı meydana gəlmişdilər. Milli geyimli oğlan və qızlar dövlət başçısına Novruz xonşası təqdim etmiş və təbriklərini çatdırmışlar. İlham Əliyev bayram tonqalını alovlandırıb, nitq söyləmişdir. Sonra İlham Əliyev xanımı Mehriban ƏliyevA ilə Milli Parka getmişlər. Kosa və keçəlin təbrikindən sonra onlar prezidentlə yumurta döyüşdürmüşlər, bayram konsertinə baxmışlar. Prezident və xanımı Kənd Təsərrüfat Nazirliyinin bayram münasibətilə təşkil etdiyi Novruz yarmarkası ilə tanış olmuşlar.
Bir neçə gün davam edəcək Novruz şənliyi şəhərimizə gələn turist qonaqlarında marağına səbəb olmuşdur. Onlar İçəri şəhərdə adət ənənəklərimizi əks etdirən tamaşaları maraqla izləmişlər. Bayram tədbirləri nəinki, şəhər mərkəzində , hətda Bakı ətrafı rayonlarda da möhtəşəm tədbirlər təşkil olunmuşdur. Bunlardan Abşeron rayonu Xirdalan şəhərində keçirilmiş Novruz şənliyini ən gözəl tədbirlərdən hesab etmək olar. Burada yumurta döyüşü, kosa- keçəlin maraqlı çıxışları, xoruz döyüşləri xsüsusi rəng qatmışdır. Azpress.Az xəbər və informasiya saytı olaraq Azərbaycan xalqının Novruz bayramını təbrik edir, xalqımıza bol-bol ruzi bərəkət , xoşbəxt həyat arzu edirik. Hər zaman müstəqil, azad və firavan bir dövlətdə böyük Azərbaycan naminə bir olaq.
AZpress .AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !