Fernando Alonso öz azərbaycanlı pərəstişkarlarına təşəkkür etdi - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Fernando Alonso öz azərbaycanlı pərəstişkarlarına təşəkkür etdi FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Fernando Alonso 29 iyul 1981-ci ildə İspaniyada anadan olmuşdur. O, ailənin ikinci övladı idi ki, həmin vaxtda ailədə artıq bir qız övladı vardı. 2006 cı ildə Fenando Şvesariyaya köçdü. Özünə Jeneva gölünün sahillərində ev eldə edən Alonsonun bura köçməkdə məqsədi yeni- yeni uğurlara başlayan insan üçün burada vergilərin az olması idi.
Uşaqlıqdan maşın yarışılarına marağı olan Fernando hər zaman xəritə üzərində maşın yarışmalarının iştirakçısı olmuşdur. Bu maraq da onu peşəkər pilot olmağa həvəsləndirmişdir. Gənclər arasında keçirilən çempionat onun ilk çıxışı olmasına baxmayaraq o 4 çempion titulu qazanmışdır. (1993-1996).Növbəti ildə keçirilən çempionatda Alonso milli seriya olan İnter-A da beynəlxalq çempionatda ikinci yerin qalibi olmuşdur.
Bir çox firmalarla müqavilələr imzalayıb uğurlara imza atan Alonso olduqca peşəkar pilot olduğunu dəfələrlə subut etmişdir.
Azpress.Az saytının verdiyi xəbərə əsasən bildirirk ki, Azərbaycana gələn Fernando Alonso istər media tərəfindən , istərsə də xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı.
Avstraliya Qran Prisi zamanı keçirdiyi inanılmaz qəzadan zədəsiz xilas olan McLaren-Honda komandasının pilotu və 2016-cı il Avropa Qran Prisinin Rəsmi Elçisi Fernando Alonso keçirdiyi qəza ilə bağlı Azərbaycanlı azarkeşlərindən aldığı saysız-hesabsız dəstəyə görə minnətdarlığını ifadə edib:

Son iki gündə Azərbaycandakı azarkeşlərimdən aldığım dəstəyə görə təşəkkürümü bildirirəm. Bazar günü keçirdiyim qəzada ciddi zədə almadığıma və sağ qaldığıma görə şükr edirəm. Belə hadisə hər bir yarış pilotunun başına gələ bilər, lakin Azərbaycandakı fanatlarım da daxil olmaqla çoxsaylı azarkeşlərimdən aldığım dəstək məni ruhlandırdı. Odur ki, indi bir daha Baklda ilk dəfə olaraq keçiriləcək Formula 1 yarışınının Rəsmi Elçisi olmaqdan qürur duyduğumu bildirirəm və yaydakı yarışlarda fanatlarımın qarşısında yarışmağı səbrsizliklə gözləyirəm
Vətənimizdə keçiriləcək Formula 1 yarışlarına demək olar ki , hazırlıqlar sürətlə gedir. Yollar yarış üçün tam olaraq hazırdır. Yarışların Azərbaycanda keçirilməsi sadəcə yarış olaraq deyil deyil, Vətnimizin dünyaya tanınmasında da bir vasitədir.
AZpress.AZ xəbər saytı olaraq hər zaman xalqımıza media kimi dəstək olmağa hazırıq və istənilən anda istənilən şəraitdə öz dəstəyimizi verəcəyik. Yarışlarda pilotlara uğurlar ,xalqımıza isə hər zaman bir olmağı arzu edirik.
AZpress.Az, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !