Masallıda 2 aprel-Beynəlxalq Uşaq Kitab günü ilə əlaqadar tədbir keçirildi - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda 2 aprel-Beynəlxalq Uşaq Kitab günü ilə əlaqadar tədbir keçirildi FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, aprelin 1-də Masallı rayon Gənclər və İdman İdarəsinin , Rayon təhsil şöbəsinin və Mərkəzi kitabxananın birgə t əşkilatçılığı ilə Masallı şəhər Mərkəzi kitabxanasında 02 a prel - Beynəlxalq Uşaq Kitab Günü ilə əlaqədar olaraq məktəblilərlə görüş keçirilmişdir.
Bu xəbəri bizə "AZpress.AZın Masallı müxbiri Əlihüseyn Şükürov bildirir.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsin in rəisi Camal Manafov çıxış edərək bildirdi ki, uşaqların tərbiyəsində kitabların xüsusi yer tutduğunu və kitabların onların zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə etməsindən , öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaratdığını ön plana çəkdi.Sonra uşaqların ,yeniyetmə və gənclərin kitabxanalara cəlb edilməsi sahəsində görülən işlərdən və keçirilən tədbirlərdən danışaraq bildirdi ki, bundan sonra da bu sahədə olan tədbirlər davamlı şəkildə təşkil ediləcək və gənclərin kitabxanalara , mərkəzlərə cəlb ed ilməsinə şəraitin yaradılacaq .
Sonra tədbirdə Masallı şəhər Mərkəzi kitabxanasının direktoru Ələddin Nəzərov, Masallı rayon Təhsil şöbəsinin metodisti Münəvvər Əzimova çıxış edərək Uşaqların sağlam mühitdə düzgün tərbiyə edilərək böyüdülməsi parlaq bir gələcəyin təminatı olduğunu, onların tərbiyəsində isə kitablar xüsusi və danılma z bir yer tutuğunu bildirdilər
Tədbirdə bir qrup məktəblilər ən yaxşı oxucu adına layiq görülərək Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla mükafatlandırıldı. sonunda məktəblilər Rayon Mərkəzi kitabxanasında və Heydər Əliyev Mərkəzində yerləşən kitabxanalarda bir sıra kitablarla tanış oldular.


Ə.ŞÜKÜROV.
"Az.PRESS.az"-ın Masallı müxbiri.
Masallı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !