Binəqədi rayonunda narkomaniya ilə mübarizə üzrə seminar-məşğələ keçirildi - FOTO ( AZpress.AZ -İlkin Həmidov)

Binəqədi rayonunda narkomaniya ilə mübarizə üzrə seminar-məşğələ keçirildi FOTO ( AZpress.AZ -İlkin Həmidov)

Martın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə marifləndirmə işinin artırılması məqsədilə təlim-məşğələ keçirildi.
Tədbir iştirakçıları əvvəlcə rayon məktəblilərinin narkomaniyaya yox deyək mövzusunda əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirdi ki, rayonun səhiyyə işçilərinin, təhsil müəssislərinin təlim-tərbiyyə işləri üzrə direktor müavinlərinin və psixoloqlarının iştirakı ilə reallaşdırılan təlim-məşğələ narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması üçün təlimçilərin hazırlanması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Tədbirdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, rayon ərazisində narkomaniya və narkomanlığa qarşı mübarizəni gücləndirmək və bu sahədə maarifləndirmə işinin artırılması məqsədilə təhsil müəssisələrində Səhiyyə Nazirliyi və Binəqədi rayon Polis İdarəsi ilə birgə müxtəlif tədbirlər həyata keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev bildirdi ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya ilə mübarizə tədbirlərinə cəmiyyətin hər bir üzvünün fəal rolu zəruridir. Qeyd olundu ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı gənclərin formalaşması, sağlam böyümələrində mühüm amillərdən biridir. Vurğulandı ki, ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulub.
Tədbirdə çıxış edən Dövlət Komissiyası İşçi Qrupunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Bakı Şəhər Təhsil İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Respublika Narkoloji Mərkəzin əməkdaşları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsinin yolları və metodlarından danışdılar. Bildirildi ki, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təhsil müəssisələrində təbliğat işi, narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin müalicəsi, onun törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü və narkomanlığın profilaktikası həyata keçirilməlidir. Qeyd olundu ki, şəhər və rayonlarda asudə vaxtın təşkili məsələlərinə diqqət artırılmalı, gənclər evlərinin, idman, mədəniyyət, incəsənət müəssisələrinin, ailələrə və uşaqlara dəstək mərkəzlərinin fəaliyyəti gücləndirilməli, uşaq və yeniyetmələr belə müəssisələrə cəlb olunmalıdır.
Təlim-məşğələ narkomaniyanın törətdiyi bəlalara həsr olunan müxtəlif təqdimatlarla yekunlaşdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !