Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə -

Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

2013-cü ildə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” silsiləsindən olan “Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə” kitabı Azərbaycan, ingilis, rus dillərində nəşr olunub. Kitab Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 2010-cu ildə nəşr olunmuş “Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə” (Bakı, 552s.) adlı sənədlər toplusunun qısaldılmış variantıdır.

Kitaba 1918-ci ilin aprel-may aylarında Quba qəzasında baş vermiş faciəli hadisələri təsbit edən “Quba şəhərinin və Quba qəzası kəndlərinin talan edilməsi haqqında” istintaq işi üzrə FTK-nın sənədləri daxil edilmişdir. Sənədlərdə bir neçə gün ərzində Quba qəzasında 4 mindən artıq dinc müsəlman sakinin, o cümlədən qadın, uşaq və qocaların vəhşicəsinə qətlə yetirildiyi, yüzlərlə kənd, məscid, mülki obyektlərin yandırıldığı və dağıdıldığı, qəzanın bütün müsəlman – azərbaycanlı, ləzgi, tat, avar, qrız və digər əhalisinə məxsus əmlakın qarət olunması və məhv edilməsi kimi faktlar öz əksini tapmışdır.

Toplunun sənədləri erməni hərbi birləşmələrinin cinayət əməllərini tam təfərrüatı ilə geniş şəkildə ifşa etməklə bunu deməyə əsas verir ki, 1918-ci ilin Quba hadisələri erməni millətçilərinin gələcək “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxdıqları Azərbaycanın bütün bölgələrində müsəlman əhalisinin sayını maksimum dərəcədə azaltmağa çalışan irimiqyaslı əməliyyatlarının və planlarının tərkib hissəsi olmuşdur.

Sənədlər toplusuna həmçinin Solmaz Rüstəmova - Tohidi tərəfindən yenidən işlənmiş elmi-tarixi oçerk, müfəssəl yardımçı - informasiya aparatı, mövzuya dair fotoşəkillər və Quba qəzasının 1918-ci il xüsusi məzmunlu xəritəsi daxil edilmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !