Naxçıvan Muxtar Respublikasında 31 Mart –Azərbaycanlıların Soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir - FOTO

Naxçıvan Muxtar Respublikasında 31 Mart –Azərbaycanlıların Soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir FOTO

30 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə 31 Mart –Azərbaycanlıların Soyqırımına həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin işləri iştirak etmişdir. Tədbirin əvvəlində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək Azərbaycan xalqının məruz qaldığı soyqırımlar haqqında iştirakçılara geniş məlumat vermiş, gəncləri Vətənin tarixi həqiqətlərinin işıqlandırılmasında yaxından iştirak etməyə, milli vətənpərvər ruhda tərbiyələnməyə çağırmışdır. Sonda isə “Naxçıvan” Universitetinin tələbəsi Quliyeva Çinarə, Naxçıvan Dövlət Universitetinin tələbəsi Məmmədzadə Seymur, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Sadiqova Axtər I yerə, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Əlizadə Xədicə II yerə, layiq görülmüşlər. Qaliblərə təşkilatçıların diplom və qiymətli hədiyyələri təqdim olunmuşdur. Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva tədbirin sonunda təqdim olunan bütün işlər haqqında izahatlar vermiş, tələbələrin suallarını cavablandırmışdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !