SOYQIRIMA SON ADLI BEYNƏLXALQ KONFRANS ÖZ İŞINƏ BAŞLAYIB -

“SOYQIRIMA SON” ADLI BEYNƏLXALQ KONFRANS ÖZ İŞINƏ BAŞLAYIB

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyi ilə “Soyqırıma son” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransın keçirilməsində əsas məqsəd beynəlxalq hüquq normalarını və BMT-nin konvensiyalarını rəhbər tutaraq, dünyada baş vermiş soyqırımlar haqqında həqiqətlərin gənclər arasında daha geniş yayılmasında beynəlxalq ekspertlərin imkanlarından istifadə etmək və bununla da soyqırımlara qarşı təbliğat işlərinin elmi səviyyədə genişləndirilməsinə dəstək verməkdir. Bununla yanaşı digər xalqların qarşılaşdıqları qeyri-insani davranışlar və soyqırımlar barədə məlumatlar toplayaraq bu sahə üzrə ekspertlər və gənc elmi işçilər arasında yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını təşviq etmək də əsas məqsədlərdəndir.

Konfranda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Alev Kılıç, AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, özbəkistanlı yazıçı-publisist Şuxrat Salamov və digərləri çıxış ediblər. Dinc əhaliyə qarşı törədilmiş erməni cinayətləri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə qarşıda duran mühüm vəzifələrdən danışıblar.

Tədbirdə bildirilib ki, konfransdan gözlənilən nəticələrə gəldikdə əsas məqsəd tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, saxta, qondarma fikirlərin ifşa olunması, tarixi ədalətin bərpası üçün gənclər arasında məlumatlandırmanı artırmaqdır. Qeyd olunub ki, beynəlxalq ekspertlərin imkanlarından yararlanaraq gənc elm adamlarının gələcək elmi fəaliyyətlərinin səmərəli təşkilinə köməklik göstərilməsi də mühüm gözləntilər sırasındadır.

Konfransda Azərbaycanla yanaşı, eyni zamanda İran, Gürcüstan, Moldova, Özbəkistan və Türkiyədən olan elm adamları, ekspertlər və gənclər iştirak edirlər.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !