"Genuino Day" adlı informatika tədbiri keçiriləcəkdir -

"Genuino Day" adlı informatika tədbiri keçiriləcəkdir

 Qafqaz Universitetində İKT Mərkəzinin və Nodex tələbə klubunun təşkilatçılığı ilə Genuino Day adlı informatika tədbiri keçiriləcəkdir. “Genuino Day” hazırda dünyanın 72 ölkəsində keçirilməkdə olub, informasiya texnologiyaları sahəsində maraqlanan hərkəsin diqqətini çəkməkdədir. İndiyədək dünyada 357 Genuinotedbiri keçirilib. Ölkəmizdə ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda da bu sahənin olmasını dünyaya çatdırmaq və bu sahəyə marağı olan gənclərin diqqətini cəlb etməkdir. İT sahəsinin mütəxəsisləri orta məktəb informatika müəllimləri tələbə və şagirdlər tədbirdə iştirak etməklə biliklərini dərinləşdirərək gələcək inkişaf istiqamətlərini müəyyənləşdirə biləcəklər. İştirakçılar Dos. Abzettin Adamov, Dos. Yaşar Hacıyev, Tayfun İlçin və Ceyhun Nabadov kimi mütəxəsislərin məruzələrini dinləyəcəklər. Məruzələrdən sonra tədbir iştirakçıları Qafqaz Universitetinin İKT Mərkəzində tələbələr tərəfindən proqramlaşdırılan robot qurğular və Bluetooth Maşın, Şifrəliqapı, Ethernet Server , Simon oyunu, Bluetooth qayıq, Xəttizləyən robot, Boyölçən qurğu kimi layihələr nümayiş etdiriləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !