Gənc rəssam Emil Əziz yeni əsərləri ilə Port Baku Mall–da - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Gənc rəssam Emil Əziz yeni əsərləri ilə Port Baku Mall–da FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Emil Əziz dövrünün bəlkə də ən tanınmış gənc rəssamlarından biridir. Yaratdığı əsərlədə işlətdiyi rəng çalarları insanı heyran etməyə bilməz. Əsərlərində əlvan rənglərdən istifadə edən rəssam bu dəfəki sərgisini Novruz Bayramına həsr etdi.
AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki, gənc rəssamın sərgisi 18 mart tarixində Port Baku Mall da reallaşıb. Sərginin açılışında bir çox tanınmış simalar iştirak etmişlər. Sərginin açılış günü müəyyən qonaqlar üçün nəzərdə tutulsa da, Emil Əziz rəsm sevərləri də unutmayıb .Martın 20-dən 27-nə kimi olan tarixə məhz sənətsevərlər də onun əsərlərini izləyə bilərlər.
AZpress.AZ bildirir ki, açılış günündən xeyli keçməsinə baxmayaraq sərgiyə marağın olması bizi sevindirir. İstər idea baxımından, istərsə də yaratdığı əsərlərin mahiyyətindən anlamaq olur ki, burada tək Emil Əzizin zəhməti yoxdur. Bu ona atası tanınmış rəssam Rafiq Əzizovun qanından keçən bir istedaddır. Əlbəttə ki, yaxşı bir rəssam olmaq üçün genetik istedadın olması yetməz. İnsan özünü təkmilləşdirməli , öz üzərində işləməli və araya-ərsəyə sənət çıxarmalıdır. Emil Əziz də məhz, o gənclərimizdəndir ki, hər zaman sənətinin dəyərini bilmiş və bu sənətin ağırlığını öz çiyinləri üzərinə götürərək gözəl əsərlər yaratmışdır. Hər zaman maraqlı əsərləri ilə bizləri təəccübləndirən Emil Əziz bu dəfə də marağımıza səbəb oldu. Onun hazırladığı əsərlər geyim manikenlərinin üzərində çəkilmişdi. Rənglərdə bir duyğu, bir hiss vardı. Sanki, bu cansız heykəlləri canlandırırdı. Hər birinin üzərində maraqlı rəng çalarlarını əks etdirən rəssam sanki yeni bir dünyanın kəşfinə, cansızların canlandırılmasına xidmət edirdi. Olduqca gözəl rənglərlə bəzədilən cansız manikenlərin üzərində sanki, zərif ipəkdən tikilmiş bir libas vardı. Məncə belə bir sərgidən zövq almamaq olmaz. Ən azından maraqlı olan əsərlərə qiymət verib dəyərləndirməliyik ki, rəssamlarımız da daha gözəl əsərlər yaratmağa ruhlansınlar.
AZpress.AZ bildirir ki, sərgi matın 27-nə kimi davam edib. Rəssam Emil Əzizə sənətində uğurlar arzu edirik.


AZpress.AZ, Minə Türksoy.
FOTO: Rüstəm İsmayılov (AZpress.AZ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !