Altı ölkənin nümayəndələri erməni vəhşilikləri barədə məlumatlandırılıblar - FOTO

Altı ölkənin nümayəndələri erməni vəhşilikləri barədə məlumatlandırılıblar FOTO

Martın 27-də Beynəlxalq Diaspor Mərkəzinin, Dünya Azərbaycanlıları Konqresinin və Azərbaycan Turan Ocağının təşəbbüsü ilə altı ölkənin nümayəndələrinin Quba Soyqırımı Memorial Kompleksinə və ərazidəki kütləvi məzarlığa ziyarəti təşkil edilib.

AZƏRTAC xəbər verir ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil olunan tədbirə Türkiyə, Rusiya, İsrail, Çexiya, Ukrayna, Gürcüstandan qonaqlar qatılıb.

Əvvəlcə kütləvi məzarlığın qarşısında mitinq keçirilib. Çıxış edənlər ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan danışıblar. Beynəlxalq aləmin diqqətinin bu qanlı hadisələrə yönəltməyin vacibliyini qeyd edən natiqlər faciə günahkarlarının ciddi cəzalandırılmasını tələb ediblər.

Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tədbir iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.

Tədbir təşəbbüskarları 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində bu kimi tədbirlərin davamlı təşkil ediləcəyini bildiriblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !