Şirin Xanım Kərimbəyli Şadiman: - SƏN ELƏ GÖZƏLDİN

Şirin Xanım Kərimbəyli Şadiman: SƏN ELƏ GÖZƏLDİN

SƏN ELƏ GÖZƏLDİN…

(Həkimlər, uşaqlar gələcəyimizdir,
Onların həyatına barmaqarası baxmayın...
bir körpə ömrünün solması doğmalarının
ürəyinə sağalmaz yaradır...)

 

Sən elə gözəldin çiçəklər kimi,
Coşub çağlayırdın diləklər kimi,
Göylərdən gəlmişdin mələklər kimi,
Vurdun könlümüzə yara Əsmərim,
Hara uçdun getdin, hara Əsmərim?!

 

Həkimlər, dərmanlar cəlladın oldu,
Qulaqlarda qalan fəryadın oldu,
Qəlbi yara edən tək adın oldu,
Tapmadıq dərdinə çara Əsmərim,
Hara uçdun getdin, hara Əsmərim?!

 

Gözümüz önündə gəzirsən hər gün,
Vallah qəlbimizi üzürsən hər gün,
Oldun könlümüzdə açılmaz düyün,
Ruhumuz çəkilir dara, Əsmərim,
Hara uçub getdin, hara Əsmərim?!

 

Dərmanlar, iynələr yağına döndü,
Könlümüz çəkilməz dağına döndü,
Adın dilimizdə ağına döndü,
Xəzan yaman vurdu bara Əsmərim,
Hara uçub getdin, hara Əsmərim?!

 

Əzrayılın gəldi qova bilmədik,
Dərdini gizləyən yuva bilmədik,
Səni hifz edəcək dua bilmədik!
Gəlmişik sitəmdən zara, Əsmərim,
Hara uçub getdin, hara Əsmərim?!

 

Düşdüyün dəhşəti unutmaq olmur,
Ürək paramparça ovutmaq olmur,
Balaca mələkdin, yas tutmaq olmur,
Çəkdin ruhumuza qara, Əsmərim,
Hara uçub getdin, hara Əsmərim?!

 

Şadiman sarsılıb bu gedişinə,
Həkim yaman çəkdi səni dişinə,
Ölmün yazılmasın fələk işinə…
Talelə vurmayaq ara, Əsmərim,
Hara uçub getdin, hara Əsmərim?!
Hara uçub getdin, hara Əsmərim?!

 


22.03.2016
Şirin Xanım Kərimbəyli Şadiman

 

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !