Dəmirağacı sərgisində1000-dən çox xalq tətbiqi sənəti nümunələri nümayiş etdirilib - FOTO

“Dəmirağacı” sərgisində1000-dən çox xalq tətbiqi sənəti nümunələri nümayiş etdirilib FOTO

Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhərin dəmiryol vağzalı meydanında üçüncü “Dəmirağacı” sənətkarlıq sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə rayonun 48 klub filialının 1000-dən çox dülgərlik, dulusçuluq, dəmirçilik, dekorativ tətbiqi sənət, toxuculuq, tikiş, biçmə, döymə və ağac üzərində oyma işi nümayiş etdirilib.

Rayonun Haftoni, Tütəpeştə, Günəhir, Havzava, Gəgiran kənd sənətkarlıq, Türkəkəran, Boladi, Parakənd, Mamusta kənd folklor, Osaküçə, İsti-su, Hirkan kənd yaradıcılıq klublarının təqdim etdikləri sənətkarlıq nümunələri peşəkarlıq baxımından daha böyük maraq doğurub.

Sərgidə nümayiş etdirilən əl işlərinin bir qismi satılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !