Microsoft Azərbaycandakı istifadəçilərin yeni təqvim qaydalarına uyğunlaşmasına yardımçı olacaq -

“Microsoft” Azərbaycandakı istifadəçilərin yeni təqvim qaydalarına uyğunlaşmasına yardımçı olacaq

“Microsoft” şirkəti Azərbaycandakı istifadəçilərin yeni təqvim qaydalarına uyğunlaşmasına yardımçı olmaq məqsədilə yay vaxtına avtomatik keçidin qarşısını alacaq xüsusi təlimat və əlavə resurslar təqdim edir.

“Microsoft”un Azərbaycan nümayəndəliyi bildirir ki, Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixindəölkə ərazisində yay vaxtına keçidin ləğvi ilə bağlı olaraq “Microsoft” şirkəti «”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»nin buraxılışı üzərində işə başlayıb. Sözügedən yenilənmə tezliklə istifadəçilərə təqdim olunacaq və hazırda şirkət tərəfindən dəstəklənən əməliyyat sistemləri üçün keçərli sayılacaq.

Proqram məhsullarının son versiyalarından yararlanan korporativ və fərdi istifadəçilərin martın 27-də qeyd olunan mərhələdən problemsiz keçidini təmin etmək məqsədilə “Microsoft” kompüterlərdə müvafiq dəyişikliklərin fərdi şəkildə, avtomatik olmadan tənzimlənməsini tövsiyə edir. Bunun üçün təqdim olunan linkdəki ardıcıl təlimatdan istifadə etmək olar:
https://www.facebook.com/MS.Azerbaijan/posts/934269406641404.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !