İsrail Xarici İşlər Nazirliyinin diplomatları ADU-da oldu -

İsrail Xarici İşlər Nazirliyinin diplomatları ADU-da oldu

16 mart 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin İsrail Araşdırmalar mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə diplomatik səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin diplomatları Devid Antebi və Eyti Tabor ADU tələbələri ilə görüşdü. ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirak etdiyi görüşdə qonaqlar “İsraildə multikulturalizm”, “İsrail iqtisadiyyatının müxtəlif sahələrində yeniliklər və təşəbbüslər” mövzularında mühazirə oxudular.
İsrail haqqında ümumi məlumat verən Devid Antebi 1948-ci ildən bu günə qədər olan inkişaf dövrü¸ “Damcı suvarma” üsulu, yüksək texnologiya sistemi olan “Hi-Tech” haqqında danışdı.
Qonaq Eyti Tabor İsraildə multikulturalizmdən bəhs edərkən Azərbaycanda da multikulturalist ab-havanın mövcudluğunu, bu sahədə nəzərəçarpan addımlar atıldığını qeyd etdi.
Tədbir tələbələri maraqlandıran sualların cavablanması ilə yekunlaşdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !