BÖYÜK HƏCMLİ VERİLƏNLƏR GÜNÜ BAKI 2016 (BIG DATA DAY BAKU 2016) KONFRANSI -

BÖYÜK HƏCMLİ VERİLƏNLƏR GÜNÜ BAKI 2016 (BIG DATA DAY BAKU 2016) KONFRANSI

Günümüzdə geniş istifadə olunan İnternet servisləri, Veb və Mobil tətbiqlər və Mobil Rabitə bir çox ehtiyaclarımızı qarşılamaqla yanaşı iri həcmlərdə verilənlərin yaranmasına böyük təkan verir (zəng tarixçələri, mətnlər, emaillər, sosial mediadakı yenilənmələr, şəkillər, videolar, məkan məlumatları və s.). Baxmayaraq kı, müasir kompyuterlərin güclü hesab edildiyi bir dövrdə yaşayırıq, biznes və dövlət orqanları bu cür nəhəng verilənləri informasiya olaraq idarə etmək, analiz və vizuallaşdırmaq kimi böyük çətinliklərlə qarşılaşır. Qeyd edək ki, bu verilənlərin 90% -dən artığı struktursuzdur, yəni bu cür verilənlər üçün əvvəlcədən təyin edilmiş hər hansı struktur və model yoxdur. Adətən, struktursuz verilənlərə Verilənlər Təhlili (Data Mining), Verilənlər Çıxardılması (Data Extraction) və qabaqcıl Verilənlər Analitik Texnologiyaları tətbiq edilmədikcə faydasız yaddaş olaraq görünür. Eyni zamanda əgər verilənlərinizi emal edib, başa düşə bilirsinizsə, bu verilənlər sizin üçün çox dəyərli olacaqdır, əks halda, faydasız olaraq da qalacaqdır.
Big Data Day Baku 2016, böyük həcmli verilənlər mövzusunda keçirilən tədbirdir və bu il Bakıda 2ci yaşını qeyd edəcəkdir. Bu konfrans QUTexnoparkın nəzdində fəaliyyət göstərən CeDAWI (Center of Data Analytics and Web Insights) araşdırma mərkəzi, IEEE Kompyuter Cəmiyyətinin Azərbaycan şöbəsi və bir sıra tanınmış yerli və xarici şirkətlərin birgə təşkilatçılığı ilə 17 may 2016-ci il tarixində Qafqaz Universitetində keçiriləcəkdir. Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər haqqında fikirləri daha da artırmaq, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənlər Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.



ƏHATƏ OLUNACAQ MÖVZULAR:

• Verilənlər elmindəki aktual mövzular
• Böyük həcmli verilənlərin gətirdiyi böyük imkanlar və çətinliklər – Böyük həcmli verilənlərdən istifadə halları
• Çox-sahəli sənayedə böyük həcmli verilənlərin təsiri
• Təbii Dil Texnologiyaları – NLP və Kompyuter Linqvistikası
• Böyük həcmli verilənlər üçün açıq qaynaqlı platformalar
• Böyük həcmli verilənlər və Analizi - Yaşam Dövrü
• (I|P|S|.)aaS anlayışları və platformaları
• Böyük həcmli verilənlər sənayesində kim kimdir
• Açıq Verilənlərə Təşəbbüs



CAVABLANDIRILACAQ SUALLAR:

• Böyük Həcmli Verilənlərin dəyəri nədir?
• Bu bizə necə təsir edəcək?
• Böyük Həcmli Verilənlər erası - biz buna hazırıqmı?



TƏDBİRİN HƏDƏF AUDİTORİYASI:
• Çox-sahəli bizneslər və təşkilatlar (Maliyyə, Bank, Enerji, Pərakəndə, Telekom, Marketinq, Dövlət, Kiber-Təhlükəsizlik, Səhiyyə)
• Sahibkarlar
• İT mütəxəssislər
• Tələbələr (tələbələrin iştirakı çox əhəmiyyətlidir)
• Alimlər və Tədqiqatçılar
• Dövlət nümayəndələri

 

TƏDBİRİN VEBSAYTI: http://cedawi.org/BDDB2016
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !