Qafqaz Universitetində məktəblilərin İnformatika üzrə fənn olimpiadasının respublika mərhələsinin yarımfinal turu keçirilib - FOTO

Qafqaz Universitetində məktəblilərin İnformatika üzrə fənn olimpiadasının respublika mərhələsinin yarımfinal turu keçirilib FOTO

Qafqaz Universitetində Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş məktəblilərin İnformatika üzrə fənn olimpiadasının Respublika mərhələsinin yarımfinal turu keçirilib.
Müsabiqədə Respublikanın müxtəlif bölgələrinin ümumtəhsil məktəblərindən 78 şagird iştirak edib. Müsabiqə iki müxtəlif qrup üzrə (7-8-ci siniflər və 9-11-ci siniflər) kecirilib. Şagirdlərə 4 saat ərzində 6 alqoritmik məsələni (C, C++, Pascal, Java, Pyton proqramlaşdırma dillərinin birində) həll etmək tapşırığı verilib.
Qiymətləndirmə informatika.edu.az saytında avtomatik qiymətləndirmə sistemi vasitəsilə aparılıb.  

​Müsabiqədə müvəffəqiyyət qazanan şagirdlər aprelin 10-da keçiriləcək final turunda iştirak edəcəklər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !