Kitab mənim dostumdur - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Kitab mənim dostumdur” FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Bilmək üçün oxuyun, bacarmaq üçün oxuyun. Yaşatmaq üçün oxuyun, qəlbinizə və ruhunuza yaxın olan nə varsa,onların uğrunda mübarizə aparmaq üçün oxuyun!”
Heydər Əliyev, ümummilli lider.

 

Təhsil Nazirliyinin 16 dekabr 2014-cü il tarixli əmrinə əsasən ümumtəhsil məktəbləri arasında “Kitab mənim dostumdur” mövzusunda tədbirlər həyata keçirilir. Artıq Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən elektron kitabxanada ümumtəhsil məktəbləri arasında bu tədbirin keçirilməsinə start verilmişdir.

Bu barədə tədbirdə iştirak edən "Az.PRESS.az"ın Masallı müxbiri Əlihüseyn Şükürov xəbər verir.

Mərkəzin direktoru Dilbər İbayeva və elmi işçisi Etibar Cabbarov şagirdlərə elektron kitabxanada mövcud olan siyasi və bədii ədəbiyyatlar barədə geniş məlumat verdi. Daha sonra onlarla mövzu ətrafında diskusiya aparıldı. Məqsəd şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.

 


AZpress.AZ -
MÜXBİR
Əlihüseyn ŞÜKÜROV.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !