Bir dünyadır Nazim Hikmət, həsrətlərdə gizlətdiyi Vətən adlı nisgiliylə ! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Bir dünyadır Nazim Hikmət, həsrətlərdə gizlətdiyi Vətən adlı nisgiliylə ! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

 Bir dünya gizlənir içində onun. Həsrətdən, vüsaldan qəmdən gizilicə. Elə bir dünya ki, onu yalnız Nazim Hikmət özü bilir, özü duyur. Nisgilində gizlətdiyi Vətən həsrəti var. Vqsalında qovrulduğu Türkiyəsi var. Həsrətilə od tutub bütün cahanı ləzrzəyə gətirəcək bir ömür gizləndi yaralı qəlbində Nazim Hikmətin .Bu dünya nə acı , nə kədərliymiş . Bu dünya nə acı, nə fəlakətmiş Nazim Hikmət üçün. Ətrafında olduqca çox idi onu sevənlər. Amma nə fayda ki, qəlbindəki Vətən həsrətini dindirə bilmədi heç kim. O, bir həsrət şairi idi. O, bir qərib dünyanın qərib yazarı idi. Vətənsiz yaşadı , Vətənə həsrət getdi bu fani dünyadan.
Nazim Hikmət şeiri , Nazim hikmət sözləri bir kəlamdır, bir nemətdir bizlərə. AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki, bu günlərdə Bakı Yunus Əmrə İnstitutunun təşkil etdiyi “Türk dünyası günləri” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində nəinki türk dünyasının, hətta bütün bəşəriyyətin şairi Nazim Hikmətin anma gecəsi keçirilmişdir. Tədbirin keçirilməsində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar birliyinin böyük dəstəyi olmuşdur.
Tədbir öncəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Türk dünyasının Nazim Hikməti” adlı kitab sərgisi ilə tanış olublar.
Gecədə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri, xanım Meral Barlas bildirib ki, türk çağdaş ədəbiyyatının görkəmli nümayəndəsi olan Nazim Hikmət XX əsrin ən əvəzolunmaz şairlərindəndir. Qeyd edib ki, Nazim Hikmətin kəşməkeşli həyatı onun əsərlərində əksini tapıb.
Türk ədəbiyyatına xüsusi bir rəng qatan Nazim Hikmət şeirləri , onun yaradıcılığının müxtəlif uslublarda olan əsərləri bütün türk dünyası ədəbiyyatına böyük bir töhfədir.İlk şeirlərini heca vəznində yazan şairin yaradıcılığı sonralar sərbəst şeirə yönəlib.1950-ci ildən sonra Moskvaya gedən Nazim Hikmətin 1950-1963-cü illər yaradıcılığında vətən həsrəti, sülh, sevgi mövzuları üstünlük təşkil edib.
Böyük şairin Azərbaycana gəlişi 1957 ci illərdə gerçəkləşib . Onun vətənimizə gəlişi xalq arasında böyük bir coşquya səbəb olmuşdur. Hətda onun “Mən türkəm, siz də türksünüz. Dilimiz bir, millətimiz qardaşdır” deməsi o dövrlər üçün çox cəsarət tələb edən kəlmələrdən idi ki, Nazim Hikmət çəkinmədən söyləmişdir.
Anım tədbirində AYB-in sədri, Xalq Yazıçısı Anar türk dünyasının böyük şairi Nazim Hikmət qədər türklüyü yayan şair olmadığını vurğulayıb. Qeyd edib ki, şairin ilk kitabı – “Günəşi içənlərin türküsü” Bakıda çap olunub.
Anım gecəsində bir çox mötəbər qonaqlar iştirak edirdilər ki , hər biri öz növbəsində Nazim Hikmətlə bağlı dəyərli məqamları anlatdıqca sanki , Nazim Hikmət dünyasına səyahət edirdik.
Nazim Hikmət tədqiqatçısı, professor Aqşin Babayev şairin Azərbaycana, onun mədəniyyət xadimlərinə çox bağlı olduğunu söyləyib, onunla bağlı xatirələrindən söhbət açıb.

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov ölkəmizdə tədqiqatçıların Nazim Hikmət yaradıcılığına yer verdiklərini, onun yaradıcılığının tədris olunduğunu söyləyib. Bildirib ki, Nazim Hikmətin Azərbaycana sevgisi qədər, Azərbaycan ziyalılarının da şairə sevgisi var. Xalq artisti Arif Məlikovun şairin librettosu əsasında yazdığı “Məhəbbət əfsanəsi” baleti şairi musiqinin dili ilə desək bütün dünyaya tanıtdı.
Nazim Hikmətlə bağlı xatirələrindən ürək dolusu danışan Arif Məlikov şairin ona həmişə “övladım” deyə müraciət etdiyini söyləyib. N.Hikmətin “Məhəbbət əfsanəsi” baletinin Türkiyədə premyerasını görmədiyini təəssüflə qeyd edən bəstəkar bu baletlə yanaşı, onun əsərlərinə bir neçə romanslar yazdığını deyib.
Nazim Hikmət üçün Azərbaycan demək olar ki ikinci vətəni sayılırdı. O burada sanki həsrətini dindirəcək yarasına məlhəm olacaq bir şeylər tapmışdı. Xalqımızda ona qarşı həmişə hörmət və ehtiramla yanaşmış onu öz şairi əsl Azərbaycanlı kimi qəbul edib bağrına basmışdır. Bəlkədə məhz buna görə o öz əsərlərində də Azərbaycana sevgisini dəfələrlə vurğulamışdır.
Həsrət şairinin anma gecəsində onun şeirləri səslənmiş , müğənni Çingiz Mustafayev tərəfindən ifa olunan “Hoşca kalın dostlarım “ musiqisi gələn qonaqlara əsl Nazim Hikmət şeirinin bir töhfəsi olmuşdur.
Sonda çıxış edən Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım anma gecəsinin iştirakçılarına təşəkkürünü bildirib. Azərbaycan xalqının türk xalqı ilə hər zaman dostluq barış və sevgi ilə yaşamasını diləmişdir.


Ufuklardan ufuklara
ordu ordu köpüklü mor dalgalar koşuyordu;
Hazer rüzgârların dilini konuşıyor balam,
konuşup coşuyordu!
Kim demiş "çört vazmi!"
Hazer ölü bir göle benzer!
Uçsuz bucaksız başı boş tuzlu bir sudur Hazer!
Hazerde dost gezer, e.....y!..
düşman gezer!

 


AZpress.AZ, Minə Türksoy.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !