Hilton Oteldə Avropa Qran Prisinə media akkreditasıyası ilə əlaqədar seminar keçirildi! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Hilton Oteldə Avropa Qran Prisinə media akkreditasıyası ilə əlaqədar seminar keçirildi! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZ informasiya agentliyinin verdiyi xəbərə istinadən bildiririk ki, Avropa Qran Prisi ilə əlaqədar növbəti tədbir Hilton Oteldə reallaşdı. Tədbirin mahiyyəti yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün Avropa Qran Prisinə media akkreditasiyası haqqında sonuncu seminardan ibarətdir.
Tədbirin gedişatı göstərirdi ki, media əhlinə xüsusi diqqətin göstərilməsi , sualların cavablandırılması , verilən hər bir təklifin dinlənilib media əhlinə yüksək səviyyədə çatdırılması nəzərlərdən yayınmayır.
Geniş materiallar , jurnalistlərin qeydiyyatdan keçməsini , lazım olan hər bir faktorun ayrı-ayrılıqda media əhlinə çatdıran BŞH-nin Media Əməliyyatları üzrə meneceri Ayan Ağayeva jurnalistlərin suallarını bir-bir cavablandıraraq hər zaman onlara dəstək olacağını bildirmiş və istənilən məsələnin aydınlaşdırılmasında əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Daha sonra çıxış edən Avropa Qran Prisinin rəsmi elçisi Rəhim Əliyev Formula 1 jurnalistikasın incəliklərindən danışdı və bu ilki çempionatla bağlı son yenilikləri tədbir iştirakçılarına çatdırmışdır. Çıxışını öz dəyərli tövsiyələri ilə sona çatdıran Rəhim Əliyev hər kəsə uğurlu fəaliyyət arzuladığını bildirdi.
Seminarda bir çox məqamlara toxunuldu. Arzu və təkliflər nəzərə çatdırıldı. Bundan sonra BHŞ-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və “Formula -1” Avropa Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarainin çıxışı ilə davam etdi. Əməliyyat şirkətinin təmsilçisi Avropa Qran Prisinə hazırlıqla görülən işlərdən söz açdı və qeyd etdi ki, son bir ayda Bakıda keçiriləcək “Formula-1” yarışına beynəlxalq maraq olduqca artıb: “ Yarışa üç ayın qaldığı bir zamanda biz rəsmi elçimiz Fernando Alonsonu Bakıda qonaq etdik.Bununla yanaşı İngiltərə, Rusiya və Türkiyədən olan bir çox jurnalistlər də ölkəmizə səfər etdi. Həm Alonso, həm də jurnalistlər Bakı Şəhər Halqası ilə yaxından tanış oldular və görülən işlər haqqında xoş təəssuratlarını ifadə etdilər.
Sonda jurnalistlərə Formula 1 Qran Prisinə həsr olunmuş müsabiqəyə start verildi və hər bir jurnalistə bu müsabiqədə iştirak etmək tövsiyə olundu.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !