Mingəçevirdə Rəqs ruhun sirli dili adlı layihəyə yekun vurulub - FOTO

Mingəçevirdə “Rəqs ruhun sirli dili” adlı layihəyə yekun vurulub FOTO

Yeniyetmə gənclər arasında həyata keçirilən “Rəqs ruhun sirli dili” adlı layihəyə yekun vurulub. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə Mingəçevir şəhərində baş tutub. Layihə rəhbəri Humay Baxışovanın məlumatına görə əsas istiqamət Azərbaycan mədəni irsi olan milli rəqsimizi öyrənmək, araşdırmaq və paylaşmaqdır: “Bu layihənin hazırlanmasında məqsəd gənclərin sağlamlıqlarını qoruması, onunla yanaşı rəqsə olan marağını daha da artırmaqdır. Milli rəqsləri, arqumentlərini tanımaq və mənimsəməsidir. Gənclərə səhnə mədəniyyətini, davranışını çatdırmaq və maarifləndirməkdən ibarətdir. İndiki dövrümüzdə gənclərimizin əksəriyyəti milli rəqslərdən tamamilə uzaqdır və bizim məqsədimiz bunu aradan qaldırmaqdır. Hər bir rəqsimizin tarixini, inkişafını, yaranma yolunu gənclərimizə çatdırmaq və məlumatlandırmaqdır”.
Qeyd edək ki, layihə çərçivəsində yaranan klubun əhatə dairəsini genişləndirmək və incəsənətə maraqlı olan istedadlı gəncləri üzə çıxarılması üçün layihənin davamlılığını təmin etmək qarşıya qoyulan əsas vəzifədir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !