ADU-da Müvəffəqiyyətli olmaq mövzusunda seminar keçirildi -

ADU-da “Müvəffəqiyyətli olmaq” mövzusunda seminar keçirildi

10 mart 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Diplomat klubunun və SABAH qruplarının təşkilatçılığı ilə “Müvəffəqiyyətli olmaq” mövzusunda seminar keçirildi. Hər bir gəncin, tələbənin fərdi inkişafının formalaşmasında mühüm əhəmiyyət kəsb edəcək aktual mövzulardan ibarət seminarda açılış edən klub sədri Ramin Həbibzadə peşəkar təlimçi Fəxri Ağayevi iştirakçılara təqdim etdi. Daha sonra Diplomat klubu haqqında ümumi məlumat verən Ramin Həbibzadə diplomatiya, onun əxlaqi və mədəni normaları haqqında danışdı və iştirak edən hər kəsə təşəkkürünü bildirdi.
Seminara təlimçi qismində dəvət olunan - Fəxri Ağayev “zamanın idarə olunması və şəxsi effektivlik”, “müvəffəqiyyətli karyera”, “peşəkar həyata universitet illərindən hazırlanmaq”, “müvəffəqiyyət üçün şərtlər vacibdirmi?” mövzuları ətrafında təqdimatla çıxış etdi. O, əvvəlcə həyatı və iş fəaliyyəti barədə məlumat verdi, müvəffəqiyyətə gedən yolda qarşıda duran əngəllər və onların dəf edilməsinin funksiyaları haqqında fikirlərini bildirdi. O, mövzu ilə səsləşən “daimi inkişaf”, “karyera hədəfi və planları”, “rəhbərin xüsusiyyətləri” məsələlərinə də toxundu, bu istiqamətdə tələbələrə dəyərli məsləhət və tövsiyyələrini verdi.
Sonda keçirilən anket-sorğunun nəticələrinə müvafiq olaraq ən maraqlı, yaradıcı, cavab verən tələbələrə təlimçi tərəfindən hədiyyə veriləcək.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !