Bakıda "Ellada" sərgisi keçirilir - FOTO ( AZpress.AZ - Gülər Abbasova)

Bakıda "Ellada" sərgisi keçirilir FOTO ( AZpress.AZ - Gülər Abbasova)

Martın 6-da Bakıda, İtalyan Mərkəzində "Ellada"/"Hellas" adlı sərgi keçirilib. Qədim yunan mədəniyyətinə həsr olunan sərgidə Tofiq İsmayılov adına uşaq-gənclər yaradıcılıq mərkəzinin gənc rəssamları öz əl işlərini təqdim ediblər. Nümayiş olunan əsərlərdə -rəsm,qrafika, eləcə də batika, keramika üzərində Qədim Ellada incəsənəti əks olunub. Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin “ARGO” Yunan cəmiyyəti təşkilatçılığı, Azərbaycan-İtaliya Assossiyasiyasının dəstəyi ilə keçirilib.

Tədbirdə Bakıdakı İtaliya Mərkəzinin direktoru Paola Casagrande, Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsounqas, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktor müavini Nadejda Portnova və layihə rəhbəri Qalina Çurilova çıxış edib. Sərginin açılış mərasimində tələbələr öz əl işlərinə görə mükafatlandırılıblar.

Sərgi Martın 11-dək davam edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !