Sona Vəliyeva: - Türkün duası

Sona Vəliyeva: Türkün duası

Türkün duası

 

Şükür verdiyin "Ol" lara
Torpağa, dənizə şükür.
"Türküm"-deyib arxa olan
Tanrım hər birimizə şükür.


Səndən qopub hara gəldik
Sənlə vara-vara gəldik.
Din vardı, imana gəldik,
Gecəyə, gündüzə şükür.


Köç başladı, elin köçü,
Tale payı, Boğaz içi.
Göy sevgisi, türk sevgisi,
Türk verən "BİR" imizə şükür.


Yol verib ərkan göstərdin,
Haqq üçün divan göstərdin
Dərk yolu irfan göstərdin
Şükür, elmimizə şükür.


Göy niqabli, bəyaz atlı
Atı qızıl qanadlı
İstanbul eşqli, soraqlı
Yetən pirimizə şükür.


Yenə yönüm düşdü bu yaz,
İstanbulun canı boğaz
Taleyinə məni də yaz
Deyim sevgimizə şükür.

 


5 May – İstanbul
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !