Əl işi layihəsi -

“Əl işi” layihəsi

29 fevral tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında ATGTİ-nin təşkilati və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Aytən Məmmədovanınfərdi layihəsi olan“Əl işi” layihəsinin açılış mərasimi həyata keçirilmişdir.
Açılış mərasimində layihə rəhbəri Aytən Məmmədova tədbiri açıq elan edərək layihə çərçivəsində həyata keçirilmiş əl işlərinin hazırlanma qaydaları haqqında ətraflı məlumat vermişdir. O, öz çıxışında bildirmişdir ki, layihə əl işlərinin gənclər arasında tanıdılması, bu sahənin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.
Daha sonra layihədə təlimçi olaraq çıxış etmiş Cahid Cavadov bu tipli layihələrin gənclər üçün əhəmiyyətindən bəhs etmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !