Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun "За кулисами" adlı fərdi sərgisinin açılışı olmuşdur - FOTO

Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun "За кулисами" adlı fərdi sərgisinin açılışı olmuşdur FOTO

Daşkənddə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun
"За кулисами" adlı fərdi sərgisinin açılışı olmuşdur.
Sərgidə Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, Özbəkistanın tanınmış mədəniyyət, incəsənət, rəssamlıq sahəsi üzrə xadimləri, rəssamla birgə çalışmış sənət adamları, diaspora fəalları, Daşkənddəki Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbələri iştirak etmişlər.
Sərginin açılışı edildikdən sonra çıxış edən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü olmuş, tanınmış rəssam, kino-teatr xadimi, azərbaycanlı Yusif Hüseynovun yaradıcılığı haqqında danışmış, azərbaycanlıların Özbəkistanın mədəni həyatında daim fəal olduqlarını qeyd edib. O, Seyid Rza Əlizadə, Sidqi Ruhulla, Maqsud Şeyxzadə, Firudin Səfərov, Yusif Hüseynovun qardaş Özbəkistanın mədəniyyət, incəsənət sahəsinin inkişafına öz töhvələrini verdiklərini vurğuladı.
Sərgidə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan mədəniyyətinin son zamanlar Özbəkistanda təbliği, Özbəkistanda yaşayıb yaratmış azərbaycanlıların irsinin öyrənilməsi və əbədiləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd etdi. Natiq Özbəkistanda tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun Daşkənddə barelyefinin və fərdi sərgisinin açılışının bir daha Azərbaycan dövlətinin öz soydaşlarının yaradıcılığına necə diqqət və qayğı ilə yanaşdığının göstəricisi olduğunu bildirdi.
Yusif Hüseynovun sənət dostları, rəssam Mirkamil Babaxanov, Vyaçeslav Axunov onun yaratdığı əsərlər barədə danışaraq, tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun Özbək incəsənətində xidmətlərini qeyd etdilər.
Sərgidə qeyd edildi ki, rəssam Yusif Hüseynovun öz vətəni Azərbaycana çox bağlı insan olob, 1992-ci il ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalıdakı soyqırım hadisələrindən təəsirlənərək "Материнство: Analıq" adlı rəsm əsəri yaratmışdır.
Yusif Hüseynovun "За кулисами" adlı fərdi sərgisində ümumilikdə rəssamın 18 əsəri bir ay müddətində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan - Azərbaycan Dostluq Muzeyində nümayiş olunacaqdır. Sərgidə rəssamın bir sıra əsərləri ilk dəfə olaraq ictimaiyyətə təqdim olunacaqdır.
Sərgi ilə Daşkənddəki incəsənət sahəsində bir çox ali məktəblərin müəllim və tələbələrinin tanış olması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun 70 illik yubileyi münasibəti ilə onun Daşkənddə yaşadığı binanın qarşısında xatirə löhvəsi qoyulmuş və rəssamın fərdi sərgisi təşkil olunmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !