Bu günün körpə rəssamı sabahın istedadlı memarı ola bilər!. - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Bu günün körpə rəssamı sabahın istedadlı memarı ola bilər!. FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Bu günün körpə rəssamı sabahın istedadlı memarı ola bilər!.
Müsahibim olduqca fərqli, maraqlı istedadlı Azərbaycan balası Samirə Hüseynzadədir.İlk görünüşdə sakit görünən, amma bu sakitliyin altında bir az dəcəl zarafat etməyi sevən. həm də çox ağıllı bir qız gizlənir.Onun özünə məxsus kiçik dünyasına səyahət etdik. Bu körpə qəlbdə sanki bir gənc xanım yaşayır. Yaratdığı hər bir əsərdə sanki başqa bir insanı görürsən . Müsahibimiz bizi çox səmimi qarşıladı.


-Mələk üzlü rəssam Samirə Hüseynzadə, özün haqqında qısaca da olsa məlumat ver. Neçə yaşın var harada oxuyursan ?
-Mənim 13 yaşım var. 282 saylı orta məktəbdə 8-ci sinifdə oxuyuram.


-Rəssamlıqla nə vaxtdan məşqul olmağa başlamısan?
-Rəssamlığa 5 yaşımda başlamışam və ilk əsərim də öz həkimimin portretini çəkmək olub.Mənim rəssamlığım da məhz həmin vaxtdan sonra başladı.


-Ailədə rəssam varmı və bu həvəs səndə necə olub yaranıb?
-Xeyr ailəmizdə heç kim rəssamlıqla məşqul olmur və bu səbəbsiz yaranan bir hissdir.


-Səbəbsiz axı heç bir şey olmur?
-Olur.Ən gözəl şeylər səbəbsiz yarananlardır.


-Sərgilərdə çox güman ki, iştirak edirsən .Elə bir sərgi olubmu ki, sənə qarşı haqsız davranıblar.?
-Ümumiyyətlə mənə qarşı haqsızlıq olmasada bəzən görmüşəm ki, başqalarına qarşı haqsızlıq ediblər.


-Samirə, hər rəssamın bildiyimiz kimi öz işləmə tərzi var. Sən öz tərzin rənglərin haqqında nə deyə bilərsən?
-Mən ən çox yağlı və sulu boyalarla işləyirəm.


-Sevdiyin rənglər hansı rənglərdir , əsərlərində ən çox istifadə etdiyin rənglər hansılardır?
-Açıq mavi, ağ , qara


-Sakit təbiətli bir insansan?
-Heç də.Əksinə tam tərsiyəm desəm yanılmaram.


-Samirəni burulğanlı bir dənizə bənzətmək olarmı?
-Heç vaxt . Daha fərqli bir şeylərə bənzətmək olar.


-Məsələn Samirə özünü nəyə bənzədər?
-Məsələn havada uçan rəngli şara (gülümsəyir).


-Yaşıdları arasında seçilən və yaşına görə bir çox nailiyyətləri olan Samirə buna görə kimə borcludur.?
-İlk öncə özümün gücümə, ailəmə, dəstək verən hər kəsə.


-Gələcəkdə də bu sənəti davam etdirəcəksən ya başqa bir seçimin olacaq?
-Bununla əlaqəli, ancaq başqa ixtisas. Yəni mən özümü memar kimi görürəm və memarlıqla məşğul olacam.


-Memarlıqla əlaqəli əl işlərin varmı?
-Xeyr, hələ yeni başlamışam .


-Hobbin və ya başqa məşğuliyyətin varmı?
-Mənim hobbim kitab oxumaqdır.


- Mən küncdə musiqi aləti olan piano görürəm. Musiqi ilə məşğul olursan, yoxsa bu da sadəcə arzu, həvəsdirmi?
-Yəni, hər şeyi inkişaf etdirməyə gərək yoxdu ki, özüm əgər onu bacarıramsa onu özüm üçün edə bilərəm.Belə desək kiçik bir hobbimdir.


-Sən hal-hazırda məktəbdə təhsil alırsan.Dostların, sinif yoldaşların var. Sənin rəssamlığını necə qəbul edirlər?
-Çox yaxşı qəbul edirlər. Onlara maraqlı gəlir mənim əsərlərim.


-Dərslərini yaxşı oxuyursan? Ən çox sevdiyin fənn hansıdır?
-Əlbəttə, yaxşı oxuyuram, amma açıq desəm heç bir fənni sevmirəm. ( gülümsəyir).


-Gələcəkdə kitab yazmaq fikrinə düşsən hansı rəssam haqqında yazacaqsan?
-Əgər yazsam ancaq özüm haqqında yazacağam.


-Hansı rəssamların əsərlərindən ilham alırsan, umiyyətlə Azərbaycan rəssamlarından kmimləri tanıyırsan , əsərlərini hansısa bir rəssama göstərmisənmi?
-Ən sevdiyim azərbaycanlı rəssam Tahir Salahov və fransız rəssam Jene Markdır. Jene Markla ünsiyyətim olub ona əsərlərimi göstərmişəm və o əsərlərimi bəyənib.


Samirə, bu gözəl əsərləri harada işləyirsən elə bir şəraitin varmı?
-Emalatxanam öz otağımdır. Bütün əsərlərimi öz otağımda işləyirəm.


-İstəyirəm ki, özün haqqında ətraflı məlumat verəsən .Yəni, mən burada səninlə ünsiyyətdəyəm sənin səmimiliyini hiss edirəm, səndən çox gözəl müsbət enerji alıram və istəyirəm ki , saytımızı izləyən hər kəs də bunu hiss edib səni tanısınlar. Ən sevdiyin kitablar, yeməklər hansılardır?
-Ən sevdiyim kitab “Marslı” və “Balaca Şahzadə”dir.Elə ən sevdiyim film də “Marslı”dır.Yeməklərə gəldikdə isə elə bir seçimim yoxdur, yəni, bütün yeməkləri yeyirəm.


-Balaca Samirə ev işlərində anasına kömək olurmu?
-Adətən. Ancaq tək olanda nəsə edirəm. Əslində isə heç sevmədiyim işlərdi bunlar . Sevə bilmirəm .


-Gülşən xanım, qızınız Samirəni mənə tanıdın zəhmət olmazsa?
-Samirə belə baxanda sakit təbiətli görünsə də, sakit deyil, əksinə, olduqca aktiv uşaqdır. Cəmiyyətə qarışan özünə hər kəsin yanında hörmət qazanan uşaqdır.Olduqca qoçaqdır. Bəzən evə gəlirəm ki, hər tərəfi səliqəyə salıb, rəsm də çəkib, hətta pianoda yeni bir mahnı da öyrənib. Yəni nə iləsə gözümün qarşısında ciddi məşğul olsun, nəsə etsin görməmişəm.


-Samirə, bildiyimiz kimi bu yaxınlarda sənin fərdi sərgin olmalıdır. Bu sərgi nə vaxt, harada, kimin təşkilatçılığı ilə keçiriləcək?
-Sərgi 5 martda Xətai Sənət Mərkəzində Zivər Hüseynova tərəfindən təşkil olunub.


-Sərgi öncəsi bir həyəcan varmi səndə Samirə?
-Əslində yoxdur. İstəyirəm ki , bir az həyəcanlanım ki, maraqlı olsun amma olmur. Bilmirəm bəlkə də mənim üçün normal bir şeydir.


-Ailədə neçə uşaqsız?
-iki . Mən və qardaşım.


-Qardaşınla heç olurmu ki, sözləriniz çəpləşsin uşaq şıltaqlığı deyek, ya loru dillə desək dalaşırsınızmı?
-Əvvəllər hə .Amma indi xeyr. Hal hazırda qardaşım mənim ən böyük dəstəkçilərimdən biridir.


-Bayaqdan müşahidə edirəm ki, sən anandan çox Zivər Hüseynovaya daha meyillisən onu çoxmu sevirsən? Umumiyyətlə Zivər sənin üçün həyatda kimdir, Bacımı , rəfiqəmi?
-Çox sevirəm. O mənim üçün hər şey . Dost


-Zivərə sirrini etibar edə bilərsənmi?
-Edə bilərəm .Amma demirəm.Sadəcə içimdən gəlmir demək.Yəni mənim sirrimdisə aşqasına niyə deyim ki?


-Abstrakt əsərlərin varmı , bu janrda ümumiyyətlə işləyirsənmi və onu başa düşürlərmi?
-Olanda olur. Bəli elə hislər olur. Yəni mənim ən yaxın insanlarım, mənə yaxın olan rəssamlar başa düşürlər. Başa düşməyənlər isə fərqli mənalar verirlər.


-Ümumiyyətlə musiqiylə tez tez məşqul olursan. Yəni belə deyək olubmu ki, hansısa əsəri yaradanda bir musiqidən ilhamlanib yaradasan rəsmləri və kimləri dinləyirsən?
-Bəli çox sevirem musiqini. Mənim üçün musiqi bir dünyadır.necə ki , mənim öz dünyam var. Ən çox dinlədiyim Vaqif Mustafazadədir.


-Yaşına görə daha ağıllısan .Sən başa düşürsən ki, sənin yaşıdların demək olar ki, Vaqif Mustafazadəni tanımır?
-Mən tanıyıram, bu böyük bir sirli dünyadır. Ona qulaq asdıqca insan başqa aləmə düşür sanki.


-Başqa musiqiçilərin əsərlərini dinləyirsənmi?
-Əgər özümüzün möhtəşəm əsər yaradan bəstəkarlarımız varsa mən niyə uzağa gedib özgələrini dinləyim ki?


-Samirə, bildiyimiz kimi sənin memarlığa böyük marağın var. Hal-hazırda şəhərimizdə yeni yeni binalar tikilir , sən bu binaları bəyənirsənmi?
-Bilirsiniz tikilən binaları bəyənmirəm. Mən əgər nə vaxtsa memar olsam elə bir şey ərsəyə çıxardaram ki, kreativ olsun şablondan uzaq bir şey olsun.


-Kiçik mələyimizin qəlbinin ən dərinliyində gizlətdiyi sevdiyi insan kimdi, ailədə ən çox kimi sevirsən?
-Elə bir şey oxumuşdum ki, insan əgər özünü sevməsə heç kimə qarşı sevgisi olmaz.Yeqin ki, ilk öncə özümü sevməliyəm ki , başqasınıda sevib hörmət edim. Ailədə hamıdan çox anamı sevirəm. Çünki ən çətin anımda yanımda həmişə anam olur.


-Qarşıdan 8 mart Qadınlar bayramı gəlir. Anana nə hədiyyə etmək istəyirsən?
-Heç sevmirəm 8 martı məsələn. Qadınları ancaq bayramda təbrik edirlər ki? Məncə başqa günlərdə də onlara hədiyyə etmək olar.Yəni mən anama hədiyyəni hər gün verə bilərəm günün nə anlamı var ki, əgər o urəkdən gəlirsə.


-Samirə təsəvvür et ki, düşmənlə qarşı-qarşıya qalmısan ona verəcəyin sual nə olardı?
-Yəni bir az böyük olsaydım və onunla uz – üzə qalsaydım deyərdim: -Sən niyə yaşayırsan?


-Samirə, səmimi söhbətimizin sonunda sənə öz dərin minnətdarlığımı bildirirəm .Olduqca xoş bir ortam maraqlı söhbətimiz alındı. Yəni 13 yaşlı körpə üzlü amma artıq gənc bir xanım kimi düşünən bir xanımla qarşılaşacağımı düşünmürdüm. Körpə bir qızcığazın bu qədər zəngin ruhlu bu qədər ağıllı olması məni həm sevindirdi həmdə duyğulandırdı.
-Təşəkkür edirəm . Hər şey qarşılıqlıdı. Mən də gəldiyinzi üçün sizə minnətdaram.
Mən bu körpə qəlbdə böyük bir dünya gördüm. Bəlkədə kimsənin hiss edə bilmədiyi bir nisgil gizlənirdi parlayan gözlərində. Bəlkəd xoşbəxtlikdən qanadlanıb uçmaq istəyirdi. Yaratdığı əsərlərin hər birində onun özəl dünyası gizlənmişdi sanki. Sadə gülərüz mədəni sakit baxışların altında gizlənən ağıllı intellektinə heyran olduğum gənc rəssam Samirə Hüseynzadə. Hər kəsə nəsib olmayan istedadlı balamız sənə bu sənət yollarında ancaq uğur diləyə bilərəm.Çünki sənin kimi övladlar Vətənə ancaq fəxrdir. AZpress.AZinformasiya agentliyi olaraq hər zaman sənin kimi istedada dəstək olmağa hazırıq. Uğurların bol olsun.

 


AZpress.AZ, Minə Türksoy.

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !