SABAH-ın memarlarının əl işlərindən ibarət sərgi - FOTO

SABAH-ın memarlarının əl işlərindən ibarət sərgi FOTO

SABAH qruplarında memarlıq ixtisası üzrə təhsil alan II kurs tələbələrinin əl işlərindən ibarət sərginin açılışı olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin əsas korpusunda keçirilən sərginin Novruz bayramınadək davam etməsi nəzərdə tutulur.
Sərgidə tələbələrin yaşayış evləri konsepsiyasına əsasən, modern üslubda hazırladıqları 70-dən çox maket və eskiz nümayiş olunur. Bu il ikincisi dəfə keçirilən sərgi artıq SABAH tələbələri üçün ənənəyə çevrilməkdədir.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !