ADU-da Liderliyin psixiloji aspektləri mövzusunda seminar keçirildi -

ADU-da “Liderliyin psixiloji aspektləri” mövzusunda seminar keçirildi

 4 mart 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Psixologiya kafedrasının təşkilatçılığı ilə sözügedən kafedranın nəzdində fəaliyyət göstərən “İnam” psixologiya dərnəyi tərəfindən seminar-treninq təşkil edildi.
Seminar Azərbaycan Respublikasının Himninin səsləndirilməsi ilə başladı.
Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayevanın da qatıldığı seminarda adıçəkilən kafedranın müdiri, dosent Ceyhun Alıyev “Liderliyin psixiloji aspektləri” mövzusunda təqdimatla çıxış etdi. O nəzəri və praktik formada hazırlanan seminarın tələbələr üçün maraqlı olacağına, onların fərdi inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi. O, seminarda iştirak etməklə tələbələrin bir növ özünə ekskursiya edəcəklərini söylədi. Seminarın mövzusu haqqında geniş məlumat verən Ceyhun Alıyev tələbələri liderlik, rəhbərlik və idarəetmə anlayışları, onun nəzəriyyələri, liderlikdə bədən dili, şəxsi keyfiyyətləri, hədəf müəyyən etməsi, eyni zamanda xarizma nədir? Və ona necə nail olmaq olar və sair psixoloji məsələlərlə tanış etdi. Daha sonra movzunun praktiki formada çatdırılmasına xidmət edən videoçarx təqdim edildi və eyni məqsədlə “Həyat çarxı” adlı test keçirildi.
Sonda Ceyhun Alıyev seminarda iştirak edən hər kəsə dərin təşəkkünü bildirdi, xanım iştirakcıları qarşıdan gələn “8 Mart Beynəlxalq qadınlar günü” münasibəti ilə təbrik etdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !