ADU-da Hinamatsuri günü keçirildi -

ADU-da Hinamatsuri günü keçirildi

4 mart 2016-cı il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) universitetin Yapon mərkəzinin təşkilatçılığı ilə yapon bayramı olan “Hinamatsuri ” gününə həsr olunmuş tədbir keçirildi.
ADU-nun Yapon mərkəzinin mütəxəssisi Xanım Xəlilova çıxışında martın 3-də Yaponiyada keçirilən “Hinamatsuri” bayramı barədə geniş məlumat verdi, bayramın həmin ölkədə çox məşhur olduğunu və geniş şəkildə qeyd edildiyini diqqətə çatdırdı.
Daha sonra Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Yaponiyanın müxtəlif mədəniyyət və incəsənət sahələrinə aid təqdimatla çıxış etdilər. Yapon milli geyimində çıxış edən tələbələr Yaponiyanın özünəməxsus mətbəxi, geyimi, çay mərasimi, filmi, müasir küçə dəbi, manqa, anime, geyşa, həmçinin yapon kalliqrafiyası və digər sahələr ilə bağlı ətraflı məlumat verdilər. Eyni zamanda bayramın simvolu olan xüsusi “Hina” gəlincikləri və həmin ölkənin mədəniyyətini əks etdirən stend nümayiş edildi. Sonda X.Xəlilova tədbir iştiraçılarına öz dərin təşəkkürünü bildirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !