Masallıda "5 mart – Bədən Tərbiyəsi və İdman Günü nə həsr olunmuş tədbir keçirildi - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda "5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbir keçirildi FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, martın 4-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 5 mart – “Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi.

Əvvəlcə tədbir iştrakçıları Heydər Əliyev Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və xatirəsinə dərin ehtiramlarını bildirmişlər

Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki, Ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasət hazırda dövlətimizin başçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına çalışan Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, həmişə respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, Respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.Sonra 2015-ci il ərzində idmançılıarımızın uğurlarından danışaraq bir daha idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışdır.

Sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəailiyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru Elxan Kərimov, Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Famil Fərmanlı, məşqçi-müəllimlərdən Tahir Məmmədov, Soltanağa Həsənov və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycanda idman siyasətinin düzgün aparıldığını bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il idmanın müxtəlif növləri üzrə keçirilən Avropa və Dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

5 mart bədən tərbiyəsi və idman günü ilə əlaqədar olaraq rayonumuzda kütləvi idman tədbirləri keçirilir.

 


AZpress.AZ -
MÜXBİR
Əlihüseyn ŞÜKÜROV.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !