HİNDİSTAN SƏRGİSİ - 2016 -

HİNDİSTAN SƏRGİSİ - 2016

 Hind mədəniyyətinin özünəməxsus xüsusiyyətləri ölkəni qədim dünyanın mədəniyyət mərkəzlərindən biri səviyyəsinə yüksəlmişdir. Bu mədəniyyətin Şərqi Asiya ölkələrinə də böyük təsiri olmuşdur. Qədim Hindistan sənətkarları metal emalını bacarırdılar. Misdən heykəllər, silah düzəldirdilər, müxtəlif rəngli parçalar toxuyurdular o cümlədən, bahalı daşlar üzərinə oyma naxışlar vururdular. Hind incəsənətində onun tarixi, təşəkkül tapdığı inkişaf mərhələləri təzahür olunmuşdu. Ümumiyyətlə, qədim hind mədəniyyəti bənzərsiz, nadir mədəniyyətə malik olub, onun ənənəvi xüsusiyyəti bu ərazinin dünyanın başqa ölkələrindən təcrid olunmuş təbii şəraiti ilə əlaqədardır. Hal-hazırda Hindistanda insanlar qədim dövrün adət-ənənələrini davam etirir, öz bənzərsiz incəsənət nümunələrini yaratmağa davam edirlər. Onların özünə məxsuz adətləri, geyimləri, rəqsləri bütün dünya xalqları tərəfindən maraqla izlənir.

Bu sərginin keçirilməsində məqsəd Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, Azərbaycan iş adamlarının marağını da cəlb etməkdir.İndiyə kimi dünyanın bir çox ölkələrində bu tədbirin keçirildiyini vurğulayan sərgi təşkilatçıları Azərbaycan bazarlarına xüsusi maraq göstərdiklərini bildiriblər. Sərginin açılışında Hindistanın Azərbaycandakı səfiri hörmətli qonağımız Mr. Sanjay Rana iştirak edəcək.

Sərgi Amay Ticarət Mərkəzində 8-27 Mart tarixlərində, saat 11:00-dan 20:00-dək davam edəcək. Sərgidə Hindistan mədəniyyətinin məhsulları ; qızıl-gümüş, qab-qacaq, təbii ipəkdən şərflər, mebellər, ədviyyat, bijuteriya, təbii daşlar, donlar, sandaletlər, suvenirlər, xalçalar, çantalar, xına və s. nümayiş ediləcək. Hind mədəniyyəti ilə yaxından tanış olmaq, bütün dünyada məhşur hind rəqslərini izləmək istəyənlər sərgiyə baş çəkə bilər.

Sərgisinin qapıları 11:00 və 20:00 saatları arasında bütün ziyarətçilərinə açıq olacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !