Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki Oyuq teatr studiyasının istedadları daha bir beynəlxalq müsabiqənin qalibi oldular -

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyasının istedadları daha bir beynəlxalq müsabiqənin qalibi oldular

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyasının istedadları daha bir beynəlxalq müsabiqənin baş mükafatlarını qazanıblar. Belə ki, studiyanın rəhbəri və fəalları Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və onun nəzdində fəaliyyət göstərən uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə baş tutan İkinci Beynəlxalq “Caz karuseli” adlı beynəlxalq müsabiqədə uğurla təmsil olunublar.

24-29 fevral tarixlərində baş tutan nüfuzlu müsabiqədə studiyanın Azərbaycan xalq nağıllarından seçmələrlə tərtib edilən tamaşa-konserti (tamaşanın müəllifi “Oyuq”Teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva , quruluşçu rejissoru Cəmilə Allahverdiyeva , quruluşçu rəssamı isə İqbal Əliyevdir) baş mükafata – Gran-priyə layiq görülmüşdür. Bununla yanaşı 6-18 yaş arası uşaq və gəncləri əhatə edən müsabiqənin uşaq solo ifaçılığı nominasiyasındakı birinciliyi də studiyanın gənc artistləri qazanıblar. Belə ki, Selcan Müseyibova və Aylin Nəcəfli 1-ci dərəcəli diploma layiq görülüblər.

Onu da qeyd edək ki, müsabiqənin təşkilində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq və onların fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !