Şirin Xanım Kərimbəyli Şadiman: - İNSANI ALƏT ETMƏYİN

Şirin Xanım Kərimbəyli Şadiman: İNSANI ALƏT ETMƏYİN

İNSANI ALƏT ETMƏYİN

 

Sizə inanırıq, sizə həmişə,
Siz də canımızı vurmayın dişə,
Hər insan ömrü dünyaya guşə,
Ömrün günlərini zillət etməyin,
Həkimlər, insanı alət etməyin.

 

Hamı yaşamaqçın gəlib dünyaya,
Çevirmin insanın həyatın vaya,
Nə edək sizlərin cibləri doya?
Qapıdan girəni niyyət etməyin,
Həkimlər, insanı alət etməyin.

 

Körpə gülüşləri dodaqda donur,
Üzünə ağrının fəryadı qonur,
Ələyin çarəsiz baxışlara nur,
Dərdini sağalmaz illət etməyin,
Həkimlər, insanı alət etməyin.

 

Harda itib batdı Hippokrat andı?!
Dilinizdən düşdü, ocaqda yandı,
Ürəkmi daşlaşdı, vicdan dayandı?!
Dərdləri çarəsiz halət etməyin,
Həkimlər, insanı alət etməyin.

 

Hər insan doğulub yaşamaq üçün,
Bədənlə alveri edirsiz neçün?
Yandırıb tökürsüz adamın için,
Bizlərdən ümidsiz millət etməyin,
Həkimlər, insanı alət etməyin.

 

Sizin içinizdə loğman olan var,
Xəstə qeyidinə eşqlə qalan var,
Çarəsiz ölənə qəlbi talan var,
Canla oynamağı xislət etməyin,
Həkimlər, insanı alət etməyin.

 

İnfaktla, xərçənglə inləyir ölkə,
Üz tutub gəlirik sağalar bəlkə…
Dillər fəryad çəkir, qəlb parça, tikə,
Min yol ölçün, biçin, qələt etməyin,
Həkimlər, insanı alət etməyin.



Şadimana yara xəstə fəryadı,
Körpə iniltisi, cavan imdadı,
Hər şeydən müqəddəs həkimlik adın
Yamanlıq əyninə xələt etməyin,
Həkimlər, insanı alət etməyin.
Həkimlər, insanı alət etməyin.

 


03.03.2016
Şirin Xanım Kərimbəyli Şadiman

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !