Binəqədi rayonunda silsilə tədbirlər keçirilmişdir - FOTO

Binəqədi rayonunda silsilə tədbirlər keçirilmişdir FOTO

Stend Atıcılığı İdman Kompleksində stend atıcılığı üzrə gənclər arasında Binəqədi rayon birinciliyi keçirilmişdir. Birincilikdə 5 komanda tərkibində ümumilikdə 25 gənc idmanın səngər stend atıcılığı növü üzrə yarışıblar. Qalib komanda üzvləri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Prezident Yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkilləri Kəmalləddin Qafarov və Şahin İsmayılov tərəfindən müvafiq dərəcəli medallar və kuboklarla təltif olunmuşlar.
Yarışmadan sonra rayon rəhbərliyi, qonaqlar və gənclər Stend Atıcılığı İdman Kompleksində yaradılan şəraitlə tanış olmuş, daha sonra rayonun fəal gəncləri ilə görüş keçirilmişdir.
Ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonda gənclərlə iş sahəsindən, eləcə də rayon gənclərinin son illər qazandıqları uğurlardan da bəhs etmişdir. Görüşdə iştirak edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkədə gənclər üçün yaradılan şəraitdən, Azərbaycan gəncliyinin inkişafından danışmış, dövlət tərəfindən gənclərə xüsusi diqqət göstərildiyini demişdir.
Səmimi mühitdə keçən görüşdə çıxış edən gənclər respublikamızda aparılan uğurlu gənclər siyasətindən danışımış və onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq etmişlər. Gənclər öz növbələrində fəaliyyətləri ilə dövlətimizin eləcə də, Binəqədi rayonunun nüfuzunu daha da yüksəltməyə söz vermişlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !