Kempinski oteldə möhtəşəm toy sərgisi - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Kempinski oteldə möhtəşəm toy sərgisi FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki, Kempinski oteldə çox möhtəşəm toy sərgisi keçirilmişdir.
Sərgidə bir çox məşhur butiklərin son dəb tendensiyalarına uyğun moda nümayişi ,toyların ecazkar dekorasiyası üçün dizaynerlerin kreativ ideyaları, ekskluziv zinət əşyalarının , toy tortlarının , dəvətnamə və bukletlərin təqdimat mərasimi keçirilmişdir.
Tədbiri aparıcı Emil Şəhzadə açaraq gələn qonaqları salamlamış və sözü Kempinski otelinin menecerinə vermişdir. Menecer də öz növbəsində gələn qonaqları salamlamış və bu tədbirin təşkil olunmasında zəhməti keçən hər bir kəsə dərin minnətdarlığını bildirmişdir.
Möhtəşəm səhnə tərtibatı, təşkil olunan mərasimlər əsl toy ab –havası yaradırdı. İlk olaraq səhnəyə” Nazilə xınayaxdı” toy və xınayaxdıların təşkil olunmasında yaxından iştirak edən gözəl bir komanda ilə əsl xınayaxdı şousu göstərdilər. Oxunan hər bir nəğmələr, söylənən şeirlər insanda toy əhvalı yaradırdı. Milli geyimli xanımların gözəl rəqsləri, gəlinin əlinə xına yaxma mərasimi çox yüksək səviyyədə təşkil olunmuşdu. Təşkilatçı şairə Nazilə xanım öz komandası ilə sizlərin toy və xınayaxdılarınızın ən yüksək səviyyədə təşkil olunmasından və edəcəkləri sürprizlərdən danışdı.
Bundan sonra” Şah” Jewelry-dən zinət əşyalarının nümayişi,Merci Baku çiçək, Peony Art Decor , AİRA proekt ,Wedding Baku və Fəxriyyə Xələfovanın həm ətirləri , həm də ən son dəb gəlinlikləri nümayiş edilirdi. Modellərin üzərində Fəxriyyə xanımın gəlinlikləri olduqca gənc xanımların zövqünü oxşayırdı.Bir-birinin ardınca səhnəyə çıxan modellər sanki ağ libaslı mələkləri xatırladırdılar. Gəlinliklərini nümayiş etdiren Fəxriyyə xanım öz çiçək dəstəsi ilə gənc xanımlara sürpriz edərək gəlinlibaslı xanımlardan birinə o çiçəyi toy mərasimindəki , kimi gənc xanımlar cərgəsinə atmasını xahiş etdi və çiççək dəstəsini tutan xanıma öz kolleksiyasının ətirlərindən hədiyyə etdi.
Tədbirin sonunda tamaşaçılarla oyun keçirildi . Onlara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olundu. Hər bir xalqın özünə məxsus toy adət -ənənəsi olduğu kimi bizimdə xalqımıza məxsus gözəl adətlərimiz var. Gəlin öz adət və ənənələrimizi qoruyaq və gələcək nəsillərə miras qoyaq.


AZpress.AZ. Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !