ADU-daÜmumdünya Mülki Müdafiə Günü qeyd olundu - FOTO

ADU-daÜmumdünya Mülki Müdafiə Günü qeyd olundu FOTO

2 mart 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirildi.
ADU-nun professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları idarəsinin rəsmisi, polkovnik Qüdrət Ağayev Ümumdünya Mülki Müdafiə Günü və ölkə qanunvericiliyində mülki müdafiənin tələbləri haqqında ümumi məlumat verdi. Fövqəladə hallar zamanı idarəetmənin təşkilindən danışan polkovnik, həmçinin insanların vəzifə və rütbəsindən asılı olmayaraq təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyindən danışdı. Hər bir kəs özünün və ətrafdakıların təhlükəsizliyindən cavabdeh olmalıdır deyən nazirlik rəsmisi bu istiqamətdə biganəliyin yol verilməz olduğunu sözlərinə əlavə etdi. O, ölkəmizə xas olan təbii fəlakətlər, texnogen qəzalar və onların nəticəsinin aradan qaldırılması yönündə aparılan profilaktik tədbirlərdən bəhs etdi və təmsil etdikləri qurumun yarana biləcək hər cür hadisəyə dərhal reaksiya verməyə qadir olduğunu söylədi. Bu işlərin təkcə ölkə miqyasında deyil, eyni zamanda beynəlxalq müstəvidə də həyata keçirildiyini deyən Q.Ağayev qurumun arsenalında müasir standartlara cavab verən müasir texniki baza və savadlı mütəxəssislərin yer aldığını diqqətə çatdırdı.
Çıxışının sonunda Qüdrət Ağayev tədbirin həyata keçirilməsində yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi, belə görüşlərin davamlı olacağına əminliyini bildirdi.
Daha sonra FHN-nin yaranması, fəaliyyəti və strukturu haqqında məlumatları əks etdirən videoçarx nümayiş olundu.
Radiasiya kimya laboratoriyasınının mütəxəssisi baş leytenant Fərhad Mikayılov nazirliyin material bazası haqqında əyani vasitələr ilə məlumat verdi. O, suda, havada olan çirklənməni, radiasiyanı, müəyyən qrup qazları aşkarlayan cihazlar və onların taktiki, texniki göstəriciləri, əleyhqaz, kimyəvi qəza zamanı istifadə olunan dəri mühafizə geyimlərinin növləri haqqında məlumat verdi, onlardan bəzilərini iştirakçılara təqdim etdi. O, həmçinin məişətdə tez-tez rast gəlinən civə təhlükəsi və onun ev şəraitində neytrallaşdırılması yolları barədə danışdı.
Sonda çıxış edən kafedrasının müdiri, dosent Sevda Zamanova maarifləndirici təbdbirlərin keçirlməsinin ənənəvi hal aldığını xatırlatdı, bu işdə göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə vəQüdrət Ağayevə təşəkkürünü bildirdi. O, dərs prosesində nəzəri hissənin tədris edildiyini amma, əyani vəsaitlərin çatışmadığını söylədi, bu baxımdan tədbirin həyata keçirilməsinin təqdirəlayiq olduğunu sözlərinə əlavə etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !