2016 «FORMULA-1»GRAND PRIX OF EUROPE təşkilatçısı ilə bir neçə mehmanxana arasında memorandum imzalandı - FOTO ( AZpress.AZ - Rahim Qədimov, Minə Türksoy )

2016 «FORMULA-1»GRAND PRIX OF EUROPE təşkilatçısı ilə bir neçə mehmanxana arasında memorandum imzalandı FOTO ( AZpress.AZ - Rahim Qədimov, Minə Türksoy )

AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) martın 2-də “Gilan” Mehmanxanalar Qrupu, “Bakı Bulvar” və “Şah Palas” otelləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına dair memorandum imzaladı.
“Şah Palas” otelində keçirilən mərasimdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, Gilan Mehmanxanalar Qrupunun direktoru Elgün Məmmədov, Bakı Bulvar otelinin baş meneceri Valentin Osolos və Şah Palas otelinin baş meneceri Davut Furkan Emen iştirak etdi.
İmzalanma mərasimində tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran Prisi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək haqqında razılıqlarını ifadə etdilər.
Azpress.az saytı bildirir ki,görüşdə çıxış edən Bülənt Özərdim ölkədə yarış ərəfəsində mehmanxana fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunmasının zəruriliyindən danışdı: “Azərbaycan bu il möhtəşəm yarışa ev sahibliyi edir və dünyanın müxtəlif ölkələrindən minlərlə “Formula-1” azarkeşi yarışı tribunalarda canlı izləmək üçün Bakıya gələcək. Biz belə mötəbər yarışların keçirilməsinin Azərbaycanın turizm sektoruna, xüsusilə otel biznesinə, nəzərə çarpacaq ölçüdə sərmayə qazandıracağına, qısa və uzunmüddətli perspektivdə gəlirlər gətirəcəyinə inanırıq.»
Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, tərəflər FİA “Formula-1” Dünya Çempionatı üzrə Bakıda keçiriləcək Avropa Qran Pri yarışı ilə əlaqədar həm Azərbaycanda, həm də ölkədən kənarda birgə təbliğat-təşviqat kampaniyaları həyata keçirəcəklər. Bununla yanaşı tərəflər arasında yarışdan əvvəl və yarış həftəsonu ərzində Avropa Qran Prisi çərçivəsində keçiriləcək tədbirlərlə bağlı mütəmadi olaraq fikir və məlumat mübadiləsi aparılacaq.
Bundan əlavə formula yarışları ilə əlaqədar bir çox tədbirlərin keçiriləcəyi qeyd edilir. Ölkəmizin bu şərəfə nail olması daha da uğurla addımlaması , xarici arenada tanınması üçün hər bir Azərbaycan vətəndaşı könüllü dəstək olmağa hazırdır. Çünki həmin günlərdə bütün dövlətlərin gözü məhz ölkəmizdə olacaq. Buna görə tam bir ailə olaraq Azərbaycan Prezidenti İlham Əliyevə tam şəkildə istər media , istərsədə xalq olaraq dəstək olmalıyıq . Onun əvəzolunmaz siyasətini dünyaya sübut etməsi üçün ona xalqında böyük dayaq ola bilməz. Cənab prezident, AZpress.AZ xəbər agentliyi sizi dəstəkləyir və hər zaman tərəfdaşlığa hazırdır.


AZpress.AZ.,Minə Türksoy.

 


***

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) martın 2-də Gilan Mehmanxanalar Qrupu, Bakı Bulvar və Şah Palas otelləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına dair memorandum imzaladı. Şah Palas otelində keçirilən mərasimdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, Gilan Mehmanxanalar Qrupunun direktoru Elgün Məmmədov, Bakı Bulvar otelinin baş meneceri Valentin Osolos və Şah Palas otelinin baş meneceri Davut Furkan Emen iştirak etdi. İmzalanma mərasimində tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək «Formula-1»Avropa Qran Prisi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək haqqında razılıqlarını ifadə etdilər. 

Görüşdə çıxış edən Bülənt Özərdim ölkədə yarış ərəfəsində mehmanxana fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunmasının zəruriliyindən danışdı: “Azərbaycan bu il möhtəşəm yarışa ev sahibliyi edir və dünyanın müxtəlif ölkələrindən minlərlə «Formula-1»azarkeşi yarışı tribunalarda canlı izləmək üçün Bakıya gələcək. Biz belə mötəbər yarışların keçirilməsinin Azərbaycanın turizm sektoruna, xüsusilə otel biznesinə, nəzərə çarpacaq ölçüdə sərmayə qazandıracağına, qısa və uzunmüddətli perspektivdə gəlirlər gətirəcəyinə inanırıq.»Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, tərəflər FİA «Formula-1»Dünya Çempionatı üzrə Bakıda keçiriləcək Avropa Qran Pri yarışı ilə əlaqədar həm Azərbaycanda, həm də ölkədən kənarda birgə təbliğat-təşviqat kampaniyaları həyata keçirəcəklər. Bununla yanaşı tərəflər arasında yarışdan əvvəl və yarış həftəsonu ərzində Avropa Qran Prisi çərçivəsində keçiriləcək tədbirlərlə bağlı mütəmadi olaraq fikir və məlumat mübadiləsi aparılacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !