Emosiyalar adlı aylıq foto müsabiqə - FOTO

“Emosiyalar ” adlı aylıq foto müsabiqə FOTO

Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu mart ayı üçün “Emosiyalar ” adlı aylıq foto müsabiqə elan edir.
Aylıq foto müsabiqənin yeni mövzusu insanlarda psixoloji durumu əks etdirən: məhəbbət, sevinc, xoşbəxtlik, təəccüb, iztirab, qorxu, qətiyyət, qəzəbdir. Bunlarla hər gün, günün istənilən vaxtında, istənilən məkanda görmək mümkündür. Fotoqrafiyanın diliylə belə psixoloji duruma yanaşma bədii formada təqdim olunması, model və məkan vəhdətinə diqqət yetirməklə bədii təsirə malik olmalıdır. Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 26 mart tarixinə kimi təqdim olunmalıdır, onlar bədii şuraya təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad,soyad,,fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş mart ayında çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda AFB Ayliq Musabiqe qrupunda yerləşdiriləcək. Mövzunun müəllifi Rauf Umuddur. Müsabiqənin koordinatoru Arzu Mürvətovadır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !